Breyvikə dəlixana, yoxsa həbsxana?


Breyvikə dəlixana, yoxsa həbsxana?
Norveçli terrorçu Anders Breyvik deyib ki, əgər məhkəmə onun anlaqlı olması haqqında qərar versə, ittiham qərarından şikayət etməyəcək.

“Əgər mənim törədilmiş hadisəyə görə cinayət məsuliyyəti daşıdığımı elan etsələr, apelyasiya şikayəti verəcəyimə elə bir səbəb yoxdur”.

Terrorçu bildirirdi ki, psixiatriya xəstəxanasında məcburi müalicə almaq əvəzinə, anlaqlı vəziyyətdə cinayət törətmiş insan kimi cəza çəkməyə üstünlük verir.

Hazırda məhkəmə nəticələri müxtəlifdi – birinciyə əsasən o, paranoid şizofreniyadan əziyyət çəkir, ikinciyə görə isə Breyvik tam sağlam elan edilib.”


Bir cavab yazın