Britaniya parlamenti Dünya Çempionatını 2019-cu ilə və başqa ölkəyə keçirməyi təklif edir
Əvvəl baykot indi də başqa ölkəyə keçirmək təklifi
Böyük Britaniya parlamentinin üzvü Stiven Kinnok bəyan edib ki, Beynəlxalq futbol federasiyası (FİFA) 2018-ci il futbol üzrə dünya çempionatını başqa ölkəyə keçirmək barədə təklif qəbul etməlidir. Bu barəfə “İzvestiya”” qəzeti məlumat verib.
Eyni zamanda o futbol çempionatının 2019-cü ilə keçirilməsi ideyasını da səsləndirib.
“”Rusiya prezidenti Vladimir Putin turnirin təşkil olunmasına bir neçə milyard rubl pul xərcləyib ki, öz rejimini dünyaya göstərsin. Düşünürəm ki, Dünya Çempionatının 2019-cu ilə başqa ölkəyə və ya ölkələrə keçirilməsi məsələsiə ciddi yanaşmalı və bununla bağlı FİFA-ya razılaşdırılmış şəkildə müraciət etməliyik””, -deyə Kİnnokdan Mirror sitat gətirib.
Bir müddət əvəvl xəbər verilmişdi ki, Böyük Britaniya höküməti və kral ailəsi Dünya Çempionatı-2018 üçün Rusiyaya gəlməkdən imtina edib.
/Yenises.ru/“