Bu gün Azərbaycan Premyer Liqasının II turuna yekun vurulub
İlk turda istirahət edən paytaxtın eyniadli klubu- “Bakı”” evdə Zaqatalanın “”Simurq”” klubu ilə qarşılaşıb. Gərgin keçan oyunda qapılara qol vurulmayıb.
Qəbələdə “Qəbələ” komandası “”İnter””lə üz-üzə gəlib və meydan sahibləri minimal qələbəyə sevinən tərəf olub.
Lənkəranda “Firtinalar meydanın”da “Xəzər-Lənkəran”ın qonağı Gəncənin “Kəpəz” klubu olub və Lənkəranlılar dörd cavabsız qolla rəqibə qalib gəlıblər.
“AZAL” evdə “”Rəvan””la qarşılaşıb və oyunda sevinən tərəf təyyarəçilər olub. Vaqif Sadıqovun yetirmələri rəqibi 3:1 hesabı ilə məğlub edib.
Tovuz şəhərində “”Turan”” “”Sumqayıt””la üz-üzə gəlib. Sumqayıt təmsilçisi oyunun ilk hissəsində azlıqda qalmasına baxmayaraq minimal hesabla qələbə qazanmağı bacariblar.
Turun son oyunu son ölkə çempionu “”Neftçi”” ilə “”Qarabağ”” arasında baş tutub. Əzəli rəqiblərin duelindən minimal hesabla ağdamlılar qələbə qazanıblar.
II turda keçırilən 6 görüşdə qapılara 11 qol vurulub, oyunçulara 31 sari, 1 qırmızı vərəqə göstərilib.
Ramin Kazımov
/Yenises.ru/
“