Çeçenistanda Rosqvardiyanın əməkdaşı 4 məsləkdaşını güllələdi
Faciə bazar ertəsi gündz saatlarında Çeçenistanın Şelkovskaya stansiyasında baş verib. Orada Rosqrvardiyanın əməkdaşı öz yoldaşlarına atəş açıb.
Rosqvardiyanın mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Xəbər verilir ki, hadisə RF milli qvardiyasının yerləşdiyi Şimali Qafqaz hərbi dairəsdəki hərbi hissələrdən birində baş verib.
Məlumdur ki, baş leytenant yoldaşlarına atəş açıb və dörd hərbçini öldürüb.
Bundan sonra hərbi bölmənin növbətçiləri elə kazarmadaca atəşçini məhv ediblər.
Faciə barədə təcili hərbi prokurora və hərbi-istintaq bölməsinə məlumat verilib. Hazırda xidməti yoxlama başlanılıb.
Rosqvardiyanın mərkəzi aparatından aralarında hərbi təhlükəsizlik xidməti zabitləri, şəxsi heyətlə iş üzrə zabit-mütəxəssislər, hərbi psixoloqlar olmaqla bir qrup Çeçenistana uçub.
Komissiya hadisənin başvermə səbəbini və bütün vəziyyəti aydılaşdırmalıdır. Hələlik Rosqvardiyanın əməkdaşının yoldaşlarını niyə güllələdiyi haqda məlumat verilmir.
Yenises.ru