Çinlə sərhəddə 12 qazaxıstanlı öldürülüb
On üç adamın qalıqları yanğının çıxdığı Alma-Atanın cənub-şərqindəki sərhəd zastavasında tapılıb. Bu haqda RİA Novostiyə məlumatı Qazaxıstan sərhəd xidməti direktorunun müavini Turqanbek Stambekov verib.
“ İnterfax-Qazaxistan” agentliyi isə Qazaxıstan-Çin sərhəddindəki “Qornıy” sərhəd zastavasında 12 hərbu xidmətçinin və bir nəzarətçi-atıcının öldürüldüyü xəbərini yayıb.
Regionun hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir ki, bu insanlar öldürülüb. Yanğın nəticəsində zastava, paltar və təsərrüfat anbarı yanıb. Ölən sərhədçilərn silahları isə yoxa çixib.
Fövqəladə hal Alma-Ata vilayətinin Qazaxıstan-Çin sərhəddində baş verib. Bu məlumatı Qazaxıstan milli təhlükəsizlik Komitəsi təsdiqləyib. İstintaq qrupu hadisə yerinə uçub.
/Yenises.ru/