Dağlıcadakı davada 8 əsgər şəhid oldu


Dağlıcadakı davada 8 əsgər şəhid oldu
Hakkarinin Dağlıca bölgəsində 8 əsğər şəhid oldu, 14-ü yaralandı. Yükseva mahalına bağlı Dağlıcada terrorçular ilə müdafiə gücləri arasında dünən gecə gec saatlarında atışma olub.

Şimali İraq gələn terrorçular 3 tərəfdən hücuma keçərək oradakı sərhəd nəzarətçilərini atəşə tutublar. Qanlı toqquşma Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Amerka Birləşmiş Ştatlarına səfəriylə bir araya düşməsinin təsadüf olmadığı ehtimal edilir.

Bu arada bölgədən qanlı qarşudurmanın səngimədiyi haqda məlumatlar gəlir. Şemdinli və yaxınlıqdakı bölmələrdən yaralı və şəhidləri götürmək üçün təcili yardım maşınları göndərilib.

8 əsgərin şəhid olması xəbəri verilən kimi dövlətin yüksək çinli hərbi yetkililəri bölgəyə gediblər.

Şimali İraqdan türk torpaqlarına keçən PKK-çılardan 10-u öldürülüb, digərləri havadan helikopterlərin atəşi ilə təqib olunurlar.

Yaralıların vəziyyətləri haqqında tam məlumat olmasa da bəzilərinin ilk yardımdan sonra Vana göndərildiyi xəbər verilir.

Hakkarı dövlət xəstəxanasına gətirilən yaralı əsgərlərdə birinin “Məni niyə gətirdiniz? Buraxın döyuşum. Mənim əsgər yoldaşlarımın yanında olmam lazımdır”-deyə bağırdığını söyləyirlər.

/Yenises.ru/


Bir cavab yazın