Diaspora rəhbəri Şirvan Kərimov “Qanuna xidmətə görə” fəxri nişanıyla təltif olunub


Samara  Quberniya Dumasının sədri  Gennadi  Kotelnikov  bir sıra şəxsi  yerli idarəetmə orqanları ilə müştərək və səmərli fəaliyyətinə görə vilayət parlamentinin “Qanuna xidmətə görə” mükafatına   layiq görüb. 

“Qanuna xidmətə görə “ fəxri nişanı alanlar  arasında  RF Qəhrəmanı Aleksandr Baranov,  V.D. Seredavin adına Samara vilayəti klinik xəstəxanasının  baş həkimi  Sergey Puşkin,  Samara vilayəti  Azərbaycanlıları Liqası idarə heyətinin sədri Şirvan Kərimov, Samara vilayəti  sosial demoqrafik və ailə siyasəti nazirliyinin hüquqi və kadrlarla iş departamentinin rəhbəri Aleksey Jarkov kimi şəxslərin adları var.

Təqdimat mərasimi Samara Quberniya Dumasında baş ttutub.  Təlfif olunanlara mükafatı Samara Quberniya Dumasının  sədri Gennnadi Kotelnikov özü təqdim edib.   

Yenises.ru


Bir cavab yazın