Dide Droqbaya samovar bağışladılar
Araq bağışlamışdılar, samovar yox-deyən futbolçuya jurnalist:-“Rus çayı araqdan az məşhur deyil”- deyə bildirib.
Kot-d-İvuar yığmasının forvard futbolçusu Dide Droqbaya samovar hədiyyə ediblər. Afrikalı futbolçuya qeyri-adi hədiyyə isə “Sovetskiy sport” un jurnalistlərindən gəlib. Droqba milli komandalı həmkarları ilə birgə Moskvaya bu gün Rusiya millisi ilə oyunda iştirak etməyə gəlib.
Droqba keçmişdə London “Çelsi” sində birgə oynadıqları Rusiya millisinin futbolçusu Yuriy Jirkovun ona araq hədiyyə etdiyini xatırlayıb. Jurnalist çayin da Rusiyada az populyar olmadığını və samovarın “əsl rus üsulu ilə” çay hazırlamaq üçün yaxşı qab olduğunu deyib.
Samovardan necə istifadə ediləcəyini öyrənməyə isə Droqbanın vaxtı olmayıb.
Droqba 2004- 2012-ci illərdə “Çelsi” klubunda oynaıb, movsümün sonunda isə Çinin “Şanxay-Şemxua” komandasına keçib. Karyerasında Kot-d-İvuar yığmasında 85 oyun keçirib və 55 qol vurub.
Onu da qey edək ki, Dide Droqba 2011/12 mövsüm ilində Avropanın ən yaxşı 3 futbolçusu siyahısında da yer alıb.
Rusiya və Kot-d-İvuar arasında yoldaşlıq görüşü bu gün saat 19:00 Moskvada “Lotomotiv” stadionunda keçiriləcək.
Ayxan Azəroğlu
/Yenises.ru/