Dollar minimuma endi
Dollar minimumda, rusiyalılar əmanətini rublla saxlayır,lakin buna rəğmən dolların yaxın 3 ayda 84 rubla kimi bahalanacağını düşünürlər… Paradoks…
Moskva birjalarında dollar ilk dəfə 2016-cı ildə minimuma enib. Amerika valyutası 72,61 rubla, avro isə 79,98 rubla satılıb.
Rubl neftin bahalaşması fonunda yerini möhkəmlədib. Martın 4-ə olan statistikaya görə Brent markalı nefrin qiyməti yanvardan bəri ilk dəfə maksimum həddə– barreli 37,79 dollara çatıb.
Bundan əvvəl -martın 2-də Deutsche Bank rublu Avropanın qiymətsiz valyutası adlandırıb. Bank qeyd edib ki, Rusiya iqtisadiyyatı bərpa olunur. Bundan başqa RF -inkişaf etmiş ölkələrdən yeganəsdir ki, fevralın 19-dan beynəlxalq ehtiyatlarını artırıb. Rublun saxlanmasına əlavə kömək edən faktor isə OPEK-in neft hasilatını dondurması anlaşmasıdır.
Ümumrusiya ictimai rəyi öyrənmə mərkəzinin martın 1-də açıqladığı sorğusunun nəticəsinə görə rusiyalıların 57 faizi əmanətlərini rublla saxlayırlar. Buna baxmayaraq, araşdırma iştirakçıları yaxın 3 ayda dolların 84 rubla qədər bahalaşacağını gözləyirlər. Gələn il isə dollar 83 rubl olacağı proqnozunu verirlər.
/Yenises.ru/