Dollar yenə dolub daşdı
Dolların rubla görə kursu Moskva birjalarında yanvarın 6-sı axşam saatlarında sərmayəçilər üçün psixoloji həddi aşaraq 75 rubla yüksəlib.
Bir neçə saat əvvəl kiçik fəqrlə enmə zolağına keçən avro da yenidən 80-nin üstündə dayanıb. Dollar və avronun belə ciddi artımının səbəbi neftin barrelinin 35 dollardan aşağı düşməsi ilə əlaqədardır. Qara qızılın 10 ildən çoxdur ki, belə ucuzlaşdırğı olmamışdı.
Xatırladaq ki, Mərkəzi Bank bütün tətil ərzində – yanvarın 11-nə kimi valyutanın kursunu bu həddə bağlamışdı: dollar 72,93 rubl, avro isə 79,64 rubl təşkil edir.
/Yenises.ru/