Domenlərin savaşı: “org”-dan “info”ya ötürülən informasiya


Domenlərin savaşı:  “org”-dan “info”ya  ötürülən informasiya
Və ya azru.org saytının azru.info varinatı- AzerRos rəhbərliyinə namizədləri kim qarşı-qarşıya gətirmək istəyir?

AzerRosun aprelin 24-nə təyin edilən qurultayı məlum pandemiya səbəbindən qeyri-müəyyən vaxta keçirilsə də, koronavirus qlobal bəlası belə bu mövzunu gündəmdə kölgələyə bilməyib.

İnsanlar həyatlarnın, yaşamının əndişəsindəykən, “bəzilərini””n gələcəyə “”nikbin”” baxışına təəccüblənməyə bilmirsən.

Əslində AzerRos-la bağlı “”təəccüb”” özü belə özündən zinhara gəlib.

“Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam?…”

Əsrindən oyanıb bu gününə gəlsə, AzerRos-a aşırı sevgini görən Leyli və Məcnun eşqlərindən “isrefa” edərdilər ki…

Nə “”AzerRos””-muş. İstefa verən belə peşimandır…

Bu sevgidə kim uduzdu, kim uddu
Peşimanı kim olacaq, kim bilir…

Nə isə ki…Təəccübü təəccübləndirən və bu günə damğa vuran koronaya yoluxan və ölənin sayı deyil, yenə AzerRos oldu. Yandex aramada ən çox axtarılan ifadə olmasa da, bir çox azərbaycanlının dilini qabar etmiş kəlmə olduğu şübhəsizdir!

Və bu hələ kulminasiya deyil! Fabuladan yol alan gedişat “razvyazka”daykən konflikti daha da körükləyən vəziyyət yaşanır.

“”Qalmaqallı baş redaktoru”” ilə xatırlanan azru.org-a bu gün gələn küncdən zərbə yoxsa, penaltimi? O da hakimin “”bitdi fiti”” çalınanda məlum olacaq. Hələliksə., Roman Ağayevin başçılıq etdiyi azru.org portalının azru.info variantı yaradılıb.

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni.

Bu isə xəyal deyil. Eynisinin sadəcə bir yazı fərqi ilə “”saxtası””. “Кандидаты в президенты ФНКАА АзерРос: Часть 1-я” – “”FNKAA AzerRos prezidentliyinə namizədlər-1-ci hissə”” əlavəli manşeti ilə həm də. Yazının namizədləri qarşı-qarşıya qoymaq məqsədiylə yazılması və saytın “kopyalanması”nın kimə və nəyə xidmət etməsi ilə bağlı susuram.

Azru.org saytının baş redaktoru Roman Ağayev artıq açıqlama verib. “İnfo” domeni ilə bitən saytın azru.org-la heç bir bağlantısı və onun adından yazılan məqalə ilə əlaqəsinin olmadığını bildirməklə, artıq buna hüquqi müstəvidə cavab istəniləcəyini də yayınladığı xəbərdə vurğulayıb.

Tünzalə Vəliqızı,
Moskva


Bir cavab yazın