Donetskdən sonra Xarkov…sırada Luqanskmı?


Donetskdən sonra Xarkov...sırada Luqanskmı?
Rusyanlı nümayişçilər Xarkov vilayəti dövlət inzibati binasının qarşısına toplaşaraq vilayət deputatlarına etimadsizliq etdiklərini bildirib və Xarkovu müstəqil respublika elan ediblər. Bu haqda “Ukrainskaya pravda” (“Ukrayna həqiqəti”) qəzeti məlumat verib.

Xarkov “Alternativ deputatlar” bölgə cəmiyyəti mitinqçilər qarşısında siyahılarını açıqlayıblar. Onlar “sessiya” keçirib və qərara alıblar ki, “Xarkov xalq respublikası” yaratsınlar. Bu respublika beynəlxalq normalara uyğun olaraq digər dövlətlərlə münasibət qura biləcək. Bu planın aktivistlərinin fikrincə, qərar ümumvilayət referendumunda təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Həmçinin qərara alınıb ki, “Ukrayna prezidenti Viktor Yanukoviçə müraciət etsinlər ki, o, bu yığncağı və onun qəbul etdiyi sənədi legitimləşdirsin. Rusiya hökümətindən isə vasitəçi simasında çıxış etməsi və referendumun sülh şəraitində keçirilməsi təminatının qarantı olması xahiş edilir.

Xatırladaq ki, analoji hadisə Donetskdə baş verib, Donetsk vilayəti Donetsk xalq respublikası elan edilib.

Ukraynanın şərqində gərginlik davam edir. Keçən bazar Donetsk, Xarkov və Luqanskda rusyanlıların aksiya dalğası vilayəti inzibati binası və Ukrayna təhlükəszilik xidməti idarəsinin binasını ələ keçirməklə müşaiyət olunub. Bu binalardan bir neçəsi hələ də rusyanlı aktivistlərin nəzarəti altındadır. Onların yanında barrikadalar qurulub.

Leyla
/Yenises.ru/


Bir cavab yazın