Dövlət Duması böhtanı cinayət sırasına daxil etdi


Dövlət Duması  böhtanı cinayət sırasına daxil etdi
Dövlət Duması ikinci və üçüncü oxunuşda böhtanı cinayət məsüliyyəti sırasına daxil etdi. Qanunda böhtana görə maksimum cərimə 5 millyon rubldur.

Qəbul olunmuş qanunun üçüncü oxunuşunda 238 deputat lehinə, 91 deputat isə əleyhinə səs verib.

Hələ 11 iyunda Dövlət Duması böhtan haqqında maddəni Cinayət kodeksinə yenidən qaytarılmasını birinci oxunuşda qəbul etmişdi. Qanun layihəsində cərimənin maksimal həddi 500 min rubl və ya üç illik əmək haqqı ölçüsündə, həmçinin 5 ilə qədər azadlıqdan məhrum etmə nəzədə tutulmuşdu. Ikinci oxunuşda azadlıqdan məhrumetməni götürdülər, lakin cəriməni 10 dəfə artıraraq-5 milyon rubl ediblər. Vladimir Putin 10 iyunda Dövlət Dumasına “azadlıqdan məhrumetmə” və “məcburi iş” kimi cəzaların istisna oluması düzəlişli təklif göndərmişdi.

Bu ərəfədə müxalifətçi Aleksey Navalnıy “Qazeta.ru”-ya verdiyi açıqlamada böhtan “ictimai ittiham işi” kimi qəbul olunarsa, prokurorluğun vətəndaşı cinayətə cəlb etmək üçün sadəcə “bir möhürü” kifayətdir. Əvvəllər böhtana görə cinayət işi hüqüq- mühafizə orqanları tərəfindən deyil, fiziki şəxslər şikatət etdiyi xüsusda məhkəmə tərəfindən açılırdı. Dövlət Dumasının saytında qanun lahiyəsinin üçüncü oxunuş mətnində onun ictimai ittiham norması olması haqqında yazılmır.

Layihənin müəlliflərindən biri Aleksandr Xiynişteyn Dövlət Dumasında çıxışında bu qanunun vətəndaşların hüququnun qorunmasına yönəldiyini qeyd edib.

Cinayət Məcəlləsində böhtan və təhqirə görə olan maddə 2011-ci ildə çıxarılmışdı. Cinayət Məcəlləsində olan bir sıra maddələrin liberallaşdırımasına yönələn qanun layihəsinə hələ Dmitri Medvedevin prezident olduğu vaxtlar baxılmışdı. Böhtan cinayət məcəlləsindən çıxarılb inzibati qanunpozmalara daxil edilmiş, siravi vətəndaşlar və KİV-də ictimai çıxışlar zamanı söylənən təhqir və böhtan üçün 2 min rubldan 3 min rubla qədər cərimə nəzərdə tutulmuşdu.

/Yenises.ru/


Bir cavab yazın