Dövlət Duması dindarların hisslərini təhqirə görə qanun qəbul etdi
Dövlət duması dindarların hisslərinin təhqir edilməsinə qarşı olan qanunu üçüncü oxunuşda qəbul edib. Bu haqda parlament televiziyası məlumat verib.
Səsvermədə iştirak edən 310 deputatdan 308-i qanunun lehinə səs verib.
Ikinci oxunuşda dindarların hisslərini ictimai təhqir etməyə görə maksimum azadlıqdan məhrumetmə cəza həddi 5 ildən 3 ilə kimi endirilmişdi. Bundan başqa günahkarı həbsxanada islah işləri və 500 min rubl miqdarında cərimə gözləyir.
Əvvəl deputatlar Cinayət Məcəlləsinə (CM) dindarların hisslərini təhqirlə bağlı ayrıca yeni bir maddə salınmasını istəyirdilər. Amma qanun layihəsinə yendən baxılan zaman RF CM-nin 148-ci maddəsi (“Vicdan və din azadlığı hüququna maneə”) ilə qismən uzlaşdığı nəzərə alınaraq bundan imtina edildi.
Yeni qanun hazırlamaq əvəzinə CM-də 148-ci maddənin korrektə edilməsi qərara alındı. Yeni redaksiyada “ictimai şəkildə cəmiyətdə birbaşa hörmətsizlik hərəkətləri və dindarların hisslərinin təhqir edilməsinə görə ” qanunu pozanı 1 il müddətində həbs gözləyir. Əgər bu dini ayinlər keçirilən yerdə baş verərsə cəza daha da sərtləşdirilərək 3 il həbslə əvəz olunur.
Dindarların hisslərini müdafiə edən qanun layihəsi Dövlət Dumasına 2012-ci ilin sentyabrında – pank-qrup Pussy Riot iştirakçılarına hökm oxunandan sonra təqdim olunmuşdu.
/Yenises.ru/
“