Dövlət Dumasının deputatlarının biznesləri “açılır”


Dövlət Dumasının deputatlarının biznesləri “açılır”
“Yabloko” partiyasının lideri Sergey Mitroxin öz bloqunda saibkarlıqla məşğul olan “Yedinaya Rossiya” deputatları haqqında məlumatlar yayıb. Birinici qeyd 28 avqustda edilib.

Mitroxinin sözlərinə görə yedinoros deputatlarının biznesi haqqında məlumat verməsi ayrıseşkiliyi göstərməkdir. Sentyabrda Dozvlət Duması Gennadi Qudkovu Açıq Səhmdar Cəmiyyətinin bir hissəsinə sahib olduğu üçün deputat mandatından məhrüm etməyi planlaşdırır. Belə olan halda Mitroxinin fikrincə, eyni şeyi edən “Yedinya Rossiya” deputatları da Gennadi Qudkovun taleyini paylaşmalıdırlar.

Mitroxinin siyahısında 13 deputat var. Onlar: Qriqori Anikeyev, Nikolay Bortsov, İvan demçinko, Aleksandr Kalerlin, Hacimet Safaraliyev, Olqe Kolesnikov, Vladimir Pliqin, Vladislav reznik, Leonid Simanovskiy, Vasili Tolstopyatov, Ayrat xayrullin, Aleksandr Çiçkin, Valeri Yazev. “Yabloko” liderinə görə, Hüquqi şəxslərin vahid dövlət reyestirindən çıxarışa görə yedonorosların da orada iştirakı əksini tapıb.

Bu ərəfədə analoji təşəbbüslə “Spravedlivaya Rossiya” partiyasını təmsil edən deputatlar da çıxış etmişdilər. Dmitri Qudkov və İlya Ponomaryev “Yedinaya Rossiya” uzvlərinin kompaniyalarda aksioner kapitallarından əlavə öz aktivlərini idarə etmələrini təsdiq edən ilk qeydlərini dərc etmişdilər.

“Yedinaya Rossuya”nın ali sovetini sərdi Sergey Neverov spravorosların bu təşəbbüsünü adi PR kimi dəyərləndirmişdi. Bundan əlavə orada nələrin dərc edilməsinə diqqətlə izləyəcəyini də söyləmişdi. “Əgər belə faktlar olarsa, o deputatlar da cavabdehlik daşıyacaqlar”-deyə bəyan edib Nevrev. Əks təqdirdə “Bu faktlar doğru olmazsa, cavabdehliyi onu dərc edənlərin üzərinə düşəcək ”.

Rəvan Rahimoğlu
/Yenises.ru/


Bir cavab yazın