Dövlət orqanlarında vəzifə satan erməni qadın tutuldu


Dövlət orqanlarında vəzifə satan erməni qadın tutuldu
“Zolotoe Koltso”da pul alarkən özü dəmir halqaya düşdü

Bu haqda RF daxili işlər nazirliyinin saytında məlumat verilib.

RF DİN İqtisadi təhlükəsizlik və koppursiya ilə mübarizə idarəsinin əməkdaşları Peruz Poqosovna Şaginyanı Rusiya Federasiyası prezident administrasiyasnda vəzifə satmaq və fırıldaqçılıqda şübhəli bilərək saxlayıblar.

Müəyyən edilib ki, zərərverən Rusiya Federasiyası administrasiyasının yüksək çinli məmurlarının müşaviri və yüksək idarəetmə orqanlarında geniş əlaəqqələri olduğunu bildirərək hərəkət edib.

Ayrılıqda Şaginyan iş adamlarına 3 milyon dollar müqabilində RF prezident administarsiyasında rəhbər postu təklif edib.

Operativ yoxlama nəticəsində “Zolotoe koltso” mehmanxanasında 1,5 milyon dollar “bəxşiş” alarkən yaxalanıb. Həmin məbləğ guya ki, vəzifəyə təyin olunmaq üçün toplanılan sənədin təsdiqinə veriləcəkmiş.

Peruz Şaginyan haqqında RF CM-nin “Cinayətə təhrik etmə” və “Böyük məbləğdə firildaqçılıq” maddələri ilə cinayət işi qaldırılıb.

Bu istiqamətdə həmin epizodlarda iştirak edənləri, vasitəçiləri, şübhəli bilinənləri tapmaq üçün operativ axtarış tədbirləri davam edir.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın