Düşənbə sammitində jurnalistlərə SMS əlaqə qadağan edilib
Bu gün Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviəsi təşkilatı (ODKB) üzvləri ölkələrinin sammiti işinə başlayıb. Rusiya, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan ölkə başçılarının iştirakı ilə keçirilən ODKB sammiti zamanı jurnalistlərə və yüksək rütbəli məmurlara SMS MS əlaqədən istifadə etməyə icazə verməyiblər.
Ölkədə antiterror əməliyyatlaır keçirlidiyinə görə bu xidmət Tacikistanda senytabrın əvvəllərindən qadağan edilib. Mediaya daxil olan məlumata görə qısaməntli məlumatlardan istifadə edilməsi imkanı hazırda qapalıdır. Bu səbəbdən, ayrıca jurnalistlərin öz nümayəndələrindən məlumat alması çətindir.
İnternet əlaqə, o cümlədən 3G Düşənbəbə rahat işləyir-deyə TASS-ın müxbiri qeyd edib. Bununla yanaşı sammitin mətbuat mərkəzində kompüterlə Facebook, Twitter kimi populyar sosial şəbəkələrə girmək mümkün deyil. Sadəcə media-otaqda mobil internet istifadəçiləri bu imkandan yararlana bilirlər.
/Yenises.ru/