Düzəltdilər
Mən bir ədalət dünyasında ədalət axtardım. Bəzən müqəddəs arzuların qanadında başqa bir müqəddəs aləmə uçsam da qayıdıb real həyatimizi bax belə görə bildim.
Toz basdıqca babam salan yolları
Bazar dünyasına yol düzəltdilər
İnsan kölə, dünya insan bazarı
Dəllal Həmzələri bol düzəltdilər.
Biz boğduqca könlümüzün səsini
Eşitmədik insanin naləsini
Pul ilə yudular qan ləkəsini
Namus ləkəsindən “xal”” düzəltdilər.
Əgər yeyilirsə alçanın barı,
Kimə gərək palıdın şah vüqarı?
Barsiz deyib doğradılar çinarı
Yerində bir cılız kol düzəltdilər.
Arxalı bir tula kəssə yolunu
Çaqqal bilməz canavarın halını
Yüyənsiz kəhərin söküb nalını
Noxtalı himara nal düzəltdilər.
Qurunun atəşi od saldı yaşa
Kəsəyin günahı kəsildi daşa
Arının iynəsi gəlmədi xoşa
Şəkəri qaynadıb bal düzəltdilər.
Su tökdülər bir bir ocağın közünə
Daş atdılar sər çeşmənin gözünə
Bəzək vurub bir şairin sözünə
Bazara çıxardıb mal düzəltdilər.
Koksümdə çağlayan bahar selidir
Misralarım bir həsrətin gölüdür
Ay İmran, haqq deyən bu gün dəlidir.
Lal ol çoxlarını lal düzəltdilər.
/Yenises.ru/
“