Ekstrasens Zirəddin Rzayevin qızı Aydan Rzayeva Rusiya televiziyasının 1-ci kanalında
Tanınmış aparıcı Gennadi Malaxovun Rusiya televiziyasının 1-ci kanalında efirə gedən populyar “Dobroqo zdorovitsa” (“Sağlam olun!”) proqramının “Moy rebyenok ekstrasens” (“Mənim uşağım ekstrasensdir”) mövzusuna həsr olunmuş bu günkü verilişində azərbaycanlı Aydan Rzayeva çıxış edib.
Proqramın iştirakçısı olan Aydan verilişə atası- tanınmış ekstrasens Zirəddin Rzayev və anası Ellada Rzayeva ilə gəlib. Aydan atası kimi ekstrasens olmaq istədiyini desə də, anası Ellada Rzayeva evində ikinci eksrasensin olmasını planlaşdırmadığını qeyd edib. Amma bununla yanaşı “Aydanda bu qabiliyyətin olmasını ona görə istəyirəm ki, həyatda kimin yaxşı və pis, hansı niyyətdə olduğunu bilsin”-deyə bildirib.
Atası Zirəddin Rzayev isə qızında bu qabiliyyətin 3 yaşında özünü göstərdiyini söyləyib. Sonra Aydanın ekstarsenslik qabiliyyətini yoxlamaqdan ötrü qarşısıına qapalı qutu qoyaraq onun içində nə olduğunu soruşublar. Qutunun iki dəfə boş olduğunu deyən Aydan-(hər ikisində qutu boş idi) üçüncü dəfə qutuda hansısa canlı bir heyvanın olduğunu, onun dal ayaqlarının birində qüsurlu və hətta onun çoxlu balaları olacağını deyərək tamaşaçıları çaşdırıb.
Verilişdə iştirak edən ekstrasens Aleksandr Litvinə ünvanlanan “bunu ona atasımı söylədi?”-deyə yarızarafat-yarıgerçək suala o, “Aydan bunu özü tapdı” –cavabını verib. Sonrakı sınaqda da Aydan özünü yaxşı göstərib. Hər kəs onda atası kimi ekstrasenslik qabiliyyətinin olduğunu təsdiqləyərək, iştirakçılar arasında fərqləndiyini bildiriblər.
Onu da qeyd edək ki, bayram gününə düşən verilişə Aydan Rzayeva Azərbaycanın milli geyimində çıxıb.
Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/