Erdoğan Messi ile futbol oynayacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Samuel Etoo fondunun 10 illiyi münasibətilə məşhur futbolçuların Antaliyada keçiriləcək yarışmasında meydana çıxacaq. Erdoğanın futbol oynayacağı adlar içərisində Barselona klubunun ulduz futbolçusu Lionel Messi də var.
“Antalyaspor””un kamerunlu futbolçusu Samuel Etoonun adını daşıyan fond afrikalı uşaqlar üçün xeyriyyə məqsədilə keçirdiyi və dünya ulduzlarının qatılacağı yarışmaya prezident Rəcəb Tayyib Erdoğanı da dəvət edib. Antaliya Böyükşəhər bələdiyyə rəhbəri Menderes Tünel sosial media səhifəsindən prezidentin təklifi qəbul etdiyini bildirib.
Menderes Tünel “”Messinin yanında daha bir dünya ulduzu- prezidentimiz Erdoğan Antalyanın Arena sahəsində futbol oynayacaq””-deyə yazıb. O, Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə özünün də idman paltarı geyib çıxacaqları qarşıdurmaya “”hamınız dəvətlisiniz””-çağırışını edib. Yarış iyulun 18-də saat 20:45-də başlayacaq.
İyulun 18-də Antaliyanın Arena meydançasında dünyanın Maradona, Messi, Neymar, Suarez, Eden Hazard, Totti, Michail Essien, Xavi, Jay Jay Okocho, Pierre Emerick, Aubameyand, İniesta və Arda Turanın kimi məşhur futbolçuları Antaliyada prezident komandasına qarşı oynayacaqlar.
/Yenises.ru/ “