Erdoğan: RF “erməni soyqırımı”” deməzdən əvvəl Ukraynadakı hərəkətini izah etməlidir”
Rusiya presidenti Vladimir Putinin Yerevanda “erməni soyrıqımı””nın anılmasının 100 illiyi tədbirində “”soyqırım”” kəlməsini işlətməsi Türkiyə prezidenti tərəfindən kəskin qarşılanıb.
Prezident Rəcəb Tayyib Erdoğan bəyan edib ki, Rusiya ermənilərin 1915-ci ildə kütləvi şəkildə qırılmasını “”soyqırım”” adlandırmazdan əvvəl özünün Krımda və Donbassda etdiyi hərəkətləri aydınlaşdırmalıdır. Bu barədə o, Ankarada keçirilən mətbuat konfransında bildirib.
Türkiyə lideri Rusiyanın “”soyqırım”” kəlməsni bununla neçə dəfədir ki, işlətdiyini deyib. Onun sözlərinə görə Krımda və Ukraynada baş verənlər “”açıq-aşkardır”” .
“”Əvvəl onlar bunu izah etsinlər, sonra soyqırımdan danışsınlar””,-deyə Erdoğan Rusiya tərəfini məntiqli düşünməyə çağırıb.
Bundan əvvəl də Türkiyə xarici işlər nazirliyi Rusiya liderinin Yerevandakı anım tədbiri zamanı “”soyqırım”” ifadəsi işlətməsinə çox kəskin reaksiya vermişdi. Ankara Moskvaya öz tarixinə diqqətlə baxmağı tövsiyyə etmişdi. 27 apreldə RF prezidentinin mətbuat katibi Dmitri Peskov Erdoğanın dedikləri Putinə çatdırılıb, lakin hələlik prezident buna reaksiya vermədiyini söyləyib. Peskov ümid edir ki, iki ölkə arasındakı münasibətlər bundan sonra inkişaf edəcək.
Onu da qeyd edək ki, Avropa Şurası Türkiyəni erməni soyqırımını tanımağa çağırıb.
/Yenises.ru/“