Ermənilərin “Qırmızı köpəyi Amerikada ulayacaq”””


Ermənilərin  "Qırmızı köpəyi Amerikada ulayacaq"

“Qırmızı köpək ulayır” adlı tamaşa ilə Amerika Birləşmiş Ştatlarında yaşayan erməni toplumu bu dəfə Nyu-Yorkda oynanacaq teatrda yalançı soyqırım iddialarını gündəmə gətirməyə hazırlaşır.
“Qırmızı köpək ulayur” tamaşasında 1915-ci ildə Osmanlı coğrafiyasında yaşandığı iddia edilən hadisələrdən söhbət gedir.

5 sentyabr ilə 14 oktaybr tarixləri arasında ”New York Theatre Workshop” adlı teatr salonunda oynanacaq adıçəkilən tamaşanın biletləri artıq satışa çıxarılıb.

Aleksandr Dinelaris tərəfindən qələmə alınan və Ken Rus Schmollun rejissoruluğu ilə səhnəyə qoyulan tamaşada Michail Kiriakos adlı bir gəncin ailəsinin heç bilmədiyi bir tarixi “gerçəkliklə” üzləşdiyinidən danışılır .

Kiriakos babasının ölümündən sonra onun bir qutuda saxladığı məktubları tapır və yazılanların iziylə ailəsinin sandığı kimi bir Rum deyil, Osmanlı ermənilərindən olduğunu və iddialara görə bir çox erməninin Türklər tərəfindən yüzililiyin başında təcavuzə məruz qalaraq soyqırıma uğradığını öyrənir.

“Qirmizi körək ulayır” adlı tamaşanın oyunçusu Michael Kiriakos ailəsi ilə bağlı ortaya çıxan bu gerçəklikdən dolayı daha da güclü olmaq üçün savaşır.

Amerikadakı türklər bundan çox narazı olduqlarını isə Türk Amerika Dərnəkləri Federasiyasının rəhbəri Ali Çinar dilə gətirib.

O, “Bu teart tamaşasında məqsəd sənət nümayiş etdirmək yox, 1915 –c il iddialarını gündəmə gətirməkdir. Bu, təbligat aparmaq, yaşanmamış hadisələri xatirə dəfətərlərində, məktublarda xatırlatmaqla onun gerçək olduğunu göstərmək istəyidir-deyib.

Məsələ ilə bağlı ”New York Theatre Workshop” –a bir qınama məktubu göndərəcəklərini söyləyən Çinar, 1915 ilin 100-cü ildönümü yaxınlaşdıqca bu tərz təbliğatların artması gözləniləndir -deyə də ifadə edib.

/Yenises.ru/


Bir cavab yazın