Ermənistan ordusu Gəncə şəhərini raket atəşinə tutdu-FOTOLAR


Ermənilər “rica etdikləri” atəşkəsi Gəncəyə raket atmaqla pozdular. Ölən və yaralananlar var. Xəsarət alanlar arasında körpələrin də olduğu kadrlarda görünür. Xəbəri gecə boyunca canlı olaraq Türkiyənin Tv 100 telekanalı yayımlayıb.

Oktyabrın 9-10 tarixində Moskvada keçirilən 12 saatlıq üçtərəfli danışıqların nəticələrinə görə insani atəşkəsə qərar verildiyi bildirilmişdi. Lakin Ermənistan saat 12:00-da başlanan atəşkəs rejiminə riayət etmək bir yana, oktyabrın 11-də təxminən gecə saat 02:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılan raket zərbəsiylə bu anlaşmanı pozdu.
Ermənistan ordusu Gəncə şəhərini raket atəşinə tutdu-FOTOLAR
Raketlərdən biri şəhərdəki yaşayış binasına düşdüyü haqda Türkiyənin TV 100 kanalı məlumat yaydı. Kanalın müxbiri gecə boyunca hadisə yerindən verdiyi canlı reportajda dağıntının böüyk sahəni əhatə etdiyini, insanların qorxu içində yuxudan oyandığını söylədi.

“Bizim də qaldığımız yer partlayış zərbəsindən möhkəm sirkələndi və dərhal oyanıb bura gəldik”.

Xəbərdə partlayışda uşaqlar da daxil olmaqla ölən və çox sayda yaralananın olduğu deyilir.
Ermənistan ordusu Gəncə şəhərini raket atəşinə tutdu-FOTOLAR
Hadisə yerinə dərhal xilasedicilər gəlib. Raket zərbəsindən dağıdılmış binanın altından ölən və yaralılar ın çıxarılmasına başlanılıb. Hadisə nəticəsində nə qədər insan tələfatı olduğu haqda dəqiq məlumat yoxdur. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hazırda xilasetmə işlər davam edir.

Yenises.ru
Moskva, 11.10.2020


Bir cavab yazın