Ermənistan parlamenti Qarabagı tanımaga çağırır


Ermənistan parlamenti Qarabagı tanımaga çağırır
Ermənistanın müxalif partiyası “Nasledie” (“İrs”) Daglıq Qarabağı rəsmən tanımağa çaırır. Bu qanun layihəsi Ermənistan parlamentinə təqdim edilib.

“Novosti Armeniya” agentliyinin məlumataına görə sənəddə tanınmamış Dağlıq Qarabağ Respublikasının “suveren dövlətlərlə bağlı beynəlxaql qanunların bütün tələblərinə uyğunluğu” bildirilir.

Dağlıq Qarabağ erməni hərbi silahlı quvvələrinin gücü ilə Azərbaycandan qoparılıb və Azərbaycan ona nəzarətini 1990-cı illərdən itirib. Dağlıq Qarabağ özünü müstəqil respublika elan etsə də beynəlxalq aləm tərəfindən tanınmayıb. Müstəqil Dağlıq Qarabağı ona yardım edən Ermənistan belə tanımaqdan çəkinib.

Ermənistan Dağlıq Qarabağı tanıması Azərbaycan ilə hərbi konfliktə səbəb olacaq. Bu məsələ Ermənistan parlamentində dəfələrlə qaldırılsa da, hər dəfəsində də “bu etapda onun məqəsədəuygun olmadığı” vurğulanıb.

Bu çağırış Macarıstandan Azərbaycana ekstradisiya olunaraq əfv edilmiş Ramil Səfərov məsələsində yenidən qızışıb. Bu dəfə Ermınistan təcavüzkar olduğunun təsdiqinə bir addım daha yaxınlaşmaq fikrindədir. İllərlə bunu dansalar da..

/Yenises.ru/


Bir cavab yazın