Ermənistan rəsmi Bakını müharibə ilə hədələdi


Ermənistan rəsmi Bakını müharibə ilə  hədələdi
Macarıstanda NATO-nun hərbi təlimləri çərçivəsində kurs keçərkən erməni zabitini öldürüb ömürlük həbs cəzası alan Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması Ermənistanı qəzənbləndirib. Dünyadakı bütün diaspora təşkilatlarına göstəriş verən Ermənistan tərəfi bu məsələnin üstündən sükutla keşməyəcəyini bəyan edib.
Ermənistan prezidenti Serj Sarqsyan “Biz müharibə istəmirik, bizi buna sürükləyirlər, müharibə olarsa biz vuruşacıq və qalib gələcəyik”-deyib.

Macarıstanla diplamatik münasibətlərini kəsən Ermənistan prezidenti erməni xalqının bunu bağışlamayacağını bildirib.

Yenises.runun Vesti.ru-ya istinadən verdiyi xəbərə görə senytabrin 5-də NATO-nun baş katibi Andres foq Rassmusen Yerevana gəlir. O, Ermənistan prezidenti ilə göürşmək istəyindədir. NATO Amerika-İran müharibəsi olması ehtimalında Azərbaycana starteji ərazi kimi baxdığını gizlətmir. Yerevanın Bakıya müharibə hazırlığına başlamasını elan etməsi Azərbaycana hərbi meydan kimi baxan Brüssel və Vaşinqtonun hesabını pozur-deyə mənbə şərh edir.

/Yenises.ru/


Bir cavab yazın