Ermənistanda Rusiya hərbi bazası: “lehinə” və “əleyhinə”
Amerikadakı rus eksperti bunun Ermənistan üçün sərfəli olduğunu deyir.
Ermənistanın “Respublika” partiyasınn lideri isə Rusiyanın maraqlarına xidmət etdiyini bildirir.
Vaşinqton strateji və beynəlxalq araşdırmalar mərkəzinin analitiki Sergey Markedonov un fikrincə nə ABŞ, nə də Avropa Ermənistan-Azərbaycan rəqabətini Rusiya kimi balanslaşdıra bilməz. Erməni qəzeti “Jamanak ”a müsahibsində O Ermənistanda qazın qiymətinin qalxmasının mümkünlüyü məsələsinə toxunaraq bunu təkcə iqtisadi səbəblə bağlamaq yanlışlıq olardı- deyə bildirb. Rusiya “Qazprom”unun bu addımını siyasi və iqtisadi baxımından müəyyənləşdirməyin vacibliyini söyləyən S. Markedonov “Qazın qiymətinin qalxmasının Ermənistan əhalisinin yaşayış səviyyəsinə təsiri Rusiya Ermənistan münasibətlərində də əks olunacaq və s.-deyib. “Bu vəziyyətdə bəzi siyasi xadimlər öz siyasi maraqlarından çıxış edərək bundan manipulyasiya edəcəklər, bəzi qüvvələr narazı olacaq. Mən özüm bu addımı tam iqtisadi addım hesab etmirəm, amma 100 faiz siyasi rəng vermək də doğru olmaz”-deyib.
Analitik onu da qeyd edib ki, Rusiya qazının Ermənistana satış qiymətinin qalxması ilk dəfə deyil. Ermənilər üçün bu sürpriz sayılmaz. Bazarlama prosesini də nəzərə almaq lazimdir. Ona görə də demək olar ki, bu addım Rusiyanın siyasi və iqtisadi maraqlarına xidmət edir.
Bunu Gömrük İttifaqına da bağlamaq olmaz. Bu “Qazprom”la əlaqədardır, hansı ki, o sadəcə şirkət yox, həm də təsir alətidir. “ Rusiya Qazprom”la Ermənistana təzyiq etmək istəyir. Lakin buna da birmənalı qiymət vermək çətindir. Yeri gəlmişkən, deyim ki, Ermənistanı Qırğızıstanla müqayisə edən adamlar da tapılacaq ki, o öz müttəfiqini müdafiə etmir. Belə hallar olacaq və bu normaldır”-deyib S. Markedonov.
Yaranmış situasiyada Qərb Ermənistana nə kimi köməklik edə bilər- sualına o real danışmaq lazımdır deyib: Ermənistanın o qədər də böyük seçimi yoxdur. Markedonovun fikrincə, Ermənistan-Avropa əməkdaşlığı Cənubi Qafqazda Ermənistan-Azərbaycan rəqabətini tarazlaşdırmaq iqtidarında deyil.
“Biz başa düşürük ki, iqtisadi sahədə Azərbaycanın ordunu gücləndirmək, təhlükəszilik qüvvələrini möhkəmləndirmək və sihah əldə etmək imkanları çoxdur. Hərbi-iqtisadi planda Rusiyanın Ermənistanla əməkdaşlıq etməsi, Ermənistanın imkanlarını bərabərləşdirməsi Azərbaycanda narazılığa səbəb olur və müəyyən problemlər yaradır. Amma bunu nə Amerika, nə Avropaedə bilməz ki, Rusiya edir ”- rusiyalı ekspert belə hesab edir.
Xatırladaq ki, “ArmRosqazprom” tərəfindən Ermənistanda ictimai xidmətləri qaydaya salan Komissiyaya verilən bildirişdə yeni qiymətlər 221 min dram göstərilir, bu da 67 % artım deməkdir. Ermənistan hökümət yığıncağında baş nazir Tiqran Sarkisyan bəyan edib ki, bahalaşmanı hökümət 30% kompensasiya edəcək.
Bundan əvvəl “Jamanak”a müsahibəsində “Respublika” partiyasının sədri Aram Sarkisyan demişdi ki, Ermənistanın Rusiyadan asılılığı bir müstəql dövlət olaraq yol verilən bütün sərhədləri aşır və buna görə də Ermənistan MDB müttəfiqi kimi ölkəsində hərbi baza yerləşdirməsi və quraşdırması üçün dünya icarə ödəmələri razılaşmalarına baxaraq hərəkət etməlidir. Bu məsələyə toxunan Markedonov onun real olmadığnı deyib.
“Müxalif əhval mənim üçün aydındır. Əgər sabah müxalifət xadimi prezident olarsa, özünün verdiyi təklifi tamamilə unudacaq, hətta ondan imtina edəcək. Müxalifət hökümətin addımlarına qarşı cıxmalıdır, yoxsa o necə müxalifət ola bilər? O nə zaman ki, hakimiyyətəgəlir, bəzi məsələlərə kəsin münasibəti də dəyişir. Bu məhz o situasiyadır ”-deyə ekspert öz rəyini paylaşıb.
Ermənistan ərazisində hərbi baza yeləşdirmək Rusiyanın maraqları çərçivəsindədir, Ermənistanın yox, bunun da öz qiyməti var. Vaşinqtonda yaşayan ekspert Sergey Markedonovun şərhinə nəzər salan “Respublika” partiyasının sədri Aram Sarkisyan siyasət, reallıqda onun məqsədlərinin həyata keçirilməsi vasitələri haqqında rus analitikin təsəvvürləri birtərəfli olduğunu bildirərək, bu aydınca imperiya düşüncəsdir-deyib.
Aram Sarkisyan əmindir ki, Markedonov gözəl bilir ki, Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşdirmək Rusiyanın marağını təmin edir, Ermənistanın deyil. Bunun isə geosiyasi nöqteyi-nəzərdən müəyyən qiməti var.
“Mən əminəm ki, regionda özünün iştirakını təmin etmək üçün Rusiya bu qiyməti verəcək, nəinki gedəcək”. Region dedikdə o təkcə Ermənistanı deyil, Azərbaycan, Gürcüstanı, Türkiyə və İranı nəzərdə tutduğunu aşıqlayıb. Bu bölgələr Rusiyanın geosiyasi marağı çərçivəsindədir. Təbii ki, Rusiya ilə bizi ümumi mədəni-tarixi keçmiş, ümumi maraqlar bağlayır, ona görə də öz müttəfiqimizdən dünyada qəbul edilmiş ödəmədən çox az miqdarını alırıq-deyib “Respublika” partiyasının lideri.
Hökümətlə müxalifətin fərqinə gəlincə, Aram Sarkisyan Sergey Markedonovun təcrübəsi onu yanıldır deyib. O, müxalifətin addımı höküməti tənqid eməkdir deyir. Bu da variantdır, amma “özməqsəd” üçün tənqid etmək hər hansı bir ölkə üçün qeyri-ciddi məşğuliyyətdir.
“Hakimiyyətə gəlməklə bağlı, iqtidara gələndə baxış bucağı dəyişir- məsələsi xatırladıram, mən hakimiyyətə müxalif olmuşam. Gələcəkdə hakimiyyətdə olsam, qazın tarifində güzəştə getməzdim, tam tərsinə Rusiya prezidentiylə tam bərabərhüqlü tərəflər kimi danışıqlar apararaq onu tarifi endirməyə razı salardım”-deyib Aram Sarkisyan.
Tünzalə
Yenises.ru