Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarqsyan istefa verdiyini elan edib.
S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara “axırınıcı dəfə”” müraciət edib.
“”Nikol Paşinyan (etirazçıların lideri- red. müəllif)”” haqlı idi. Mən hazsız idim. Yaranan situasiyanın bir neçə həlli yolu vardı, lakin mən heç birinə getməzdim. Bu mənlik deyil. Mən ölkə rəhbərliyi postunu- baş nazir vəzifəsini buraxıram””-deyə S. Sarqsyan bəyan edib.
O qeyd edib ki, etiraz aksiyaları mənim əleyhimə keçirilir. “”Mən sizin tələbinizi yerinə yetirirəm. Ölkəmizə sülh arzulayıram””,-deyə vurğulayıb.
Xatırladaq ki, aprelin 13-də Yerevanda və respublikanın bir çox şəhərlərində sabiq prezident və hazırkı baş nazir S.Sarqsyana qarşı çoxminli sutkalıq etiraz aksiyaları keçirilirdi. Bazar günü Yerevanın mərkəzində müxalifətin mitinqinə 160 mindən çox adam toplaşmışdığı bildirilirdi. Ermənistan Daxili işlər nazirliyi isə aksiyada 35 min adamın iştirak etdiyini xəbər vermişdi.
Yenises.ru
“