“Exo Moskvı” radiostansiyası Eduard Bagırovu məhkəməyə verəcək


“Exo Moskvı” radiostansiyası  Eduard Bagırovu  məhkəməyə verəcək

Jurnalistin başı yazdığının ucbatından yenə qalmaqalda

“Exo-Moskvı”nın rəhbərliyi Bagırovun yazdığı ifadəyə görə hüquq -mühafizə orqanlarına mütaciət edəcək.
“Exo-Moskvı” radiostansiyasının baş direktoru Yuri Fedutinov “İnterfaks” agentliyinə Bagırovun öz bloqunda adıçəkilən radionun aparıcısı Yuliya Latıninanın ünvanına işlətdiyi ifadəyə görə hüquq -mühafizə orqanlarına müraciət edəcəklərini bəyan edib.

Fedutinov qeyd edib ki, istənilən təhdid redaksiya tərəfindən ciddi qarşılanır. Bunulna bərabər o jurnalistin həqiqətən həyatını təhlükədən qorumalı olmasına şübhə edir. Onu da əlavə edib ki, redaksiya psixi cəhətdən sağlam olmayan biri ilə qarşı-qarşıyadır.

Bir az əvvəl Bagırovun “Twitter””dəki bloqunda “Exo Moskvı”nın jurnalisti Latıninanın haqqında yazdığı məlumatda internet istifadəçiləri onun həyatı üçün təhlükə olduğunu görüblər.

/Yenises.ru/


Bir cavab yazın