“Fənərbaxça”” “”Lokomotiv””i 2:0 hesabı ilə udub”


"Fənərbaxça"  "Lokomotiv"i  2:0 hesabı ilə udub
Avropa liqasının 16/1 finalında bu gün Türkiyənin Fənərbaxça komandası ilə Moskvanın Lokomotv klubu arasında oyun keçirilib. İstanbulun Şükrü Saracoğlu stadionunda keçirilən qarşıdurmada oyun meydan sahiblərinin üstünlüyü ilə keçib.

Hesabı oyunun 18-ci dəqiqəsində Souza açıb. O başı ilə topu rəqib komandanın qapısından keçirib. Birinci 45 dəqiqə 1:0 Fənərbaxçaının xeyirnə bitib.

Oyunun ikinci hisssinin ilk dəqiqələrində Lokomotivin fəalliığı hiss edilsə də, sonra topa tam hakimliyi meydan sahibləri edib. Onlar ikinci hissədə Lokomotovoin qapısı ağzında dalbadal qol vəziyyətləri yaradıblar. Və bu hücumlar qarşılaşmanın 72-ci dıqiqəsində Souzanın dublu ilə yekunlaşıb. Fənərbaxçalı hücumçu hesab 2:0-a çatdırıb.

Sonrakı dəqiqələrdə Fənərbaxça oyunçuları dəfələrlə fərqlənmək şansı yaxalasalar da bundan əlverişli istifadə edə bilməyiblər. Lokomotivin qapışısı Guilherme komandasını böyük hesabla uduzmaqdan qurtarıb.

Komandalar meydana bu tərkibdə çıxıb.

Fənərbaxça: Fabiano, Gökhan Gönül, Kjaer, Alves, Caner Erkin, Mehmet Topal, De Souza, Nani, Ozan Tufan, Volkan Şen, Van Persie
Komandanın texniki direktoru: Vitor Pereira

Lokomotiv Moskva: Guilherme, Yanbaev, Pejcinovic, Durica, Denisov, N’Dinga, Tarasov, Samedov, Fernandes, Kasaev, Skuletic
Komandanın texniki direktoru: Igor Çerevçenko

/Yenises.ru/



Bir cavab yazın