Facebook yaradıcısı Zukerberq Moskva Dövlət Universitetini diz “çokdürdü”


Facebook yaradıcısı Zukerberq  Moskva Dövlət Universitetini diz  “çokdürdü”
Moskvada səfədə olan Facebook yaradıcısı Zukerberq Moskva Dövlət Universitetinin tələbələri ilə görüşüb. Görüş 40 dəqiqə gec başlayıb və planlandığından tez də bitib: gənc milyonçuya qəfildən təyyarəsinin uçmağa hazır olduğu xəbərini veiblər.

Elmi kitabxananın zalında keçən görüşdə 1500 nəfər iştirak edib. Zukerberqlə görüşmk istəyənlər çox olsa da, içəriyə sadəcə əvvəlcədən qeydiyyatdan keçənləri buraxıblar. Bəzi tələbələrin söylədiyinə görə tələsik qeydiyyatdan keçənlərin sonradan qeydiyyatını ləğv ediblər. O da məlum olub ki, sosial şəbəkənin yaradıcısı özü mexanika-riyaziyyat, jurnalistika, komputer hesablaması və gibernetika fakültəsinin tələbələri ilə görüşmək arzusunda olub.

Suallara cavab verməzdən əvvəl Zukerberq qısa şıxış edib. “Facebook-a qədər mən şirkət yaratmaq haqqında düşünmürdüm. Mən sadəcə istədiyim bir şeyin üzərində işləyiridm”-söyləyib o. Facebook yaradıcısı onu da bildirib ki, Harvard universitetnində dərslərini buraxmaq istəməyib, amma sosial şəbəkəni yüksək templə genişləndirmək üçün akademik məzuniyyət götürməyə məcbur olub. “Əgər mən xaric olunmaq seçimi qarşısında qalsaydım, o zaman ola bilsin ki, Facebook-la məşğul olmazdım ”-deyə bəyan edib.

Bununla yanaşı, o, əminliklə Facebook-un Rusiyadan olan rəqibləri arasında tezliklə birincilik qazanacağını bildirib. Onun bu gün auditoriyasının bir milyard adamdan ibarət olduğunu deyib. “İnsanlar təkcə qonşuları ilə deyil, həm də bütün dünya ilə əlaqədə olarsa, onu seşməzmi?”-deyə qeyd edib.

“Facebook-a keçən il 200 milyon insan abunə olub. Amma ilk 100 milyonu biz 5 il ərzində toplamışdıq. Görürsünüzmü, necə də böyüyür”-deyə Zukerberq diqqəti buna cəlb edib.

Sonra aparıcı Zykerberqə zaldan verilən suaları oxumağa başlayıb. “Ən sevimli kitabınız” sualı onu bir az çətinə salıb. “Yaxşı sualdır… Mən oxumağı sevirəm…Amma bilmirəm! Cavab hazırlamaq lazim idi, bunu tez-tez soruşurlar…Nəysə, mən pas…”-deyə özünü itirib.

Görüşün sonunda MDU-nin rektoru Viktor Sadovniçiy səhnəyə çıxıb. O qonağa universitetin baş binasının büstünü hədiyyə edib. Sosial şəbəkənin yaradıcısı da rektora üstündə Facebook-un loqotipi olan köynək bağışlayıb və Sadovniçiy pencəyini soyunaraq onu geyinib.

Bundan sonra əynində Facebook maykası olan qız səhnəyə qalxaraq Zukerberqin qarşısında diz çökərək şəkil çəkdirib. O isə buna çaşrınlıqla baxıb.

Xatırladaq ki, Zukerberq Moskva səfəri zamanı baş nazir Medvedevlə də görüşüb, ona Facebook maykası hədiyyə edib. Baç nazirə Rusiyaya gəlmə səbəbinin burada proqrammist axtarışına çıxması olduğunu deyib.

/Yenises.ru/


Bir cavab yazın