Fetullah Gülen yenə qapılara düşüb -Amerikadan Afrikaya yol görünür


Fetullah Gülen  yenə qapılara düşüb -Amerikadan Afrikaya yol görünür
Yenises.ru-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə nazirliyə Fətullah Gülənin sığınmaq üçün ölkə axtardığını iddia edən məktub daxil olub. Cənubi Afrikadan bir qeyri-hökümət müsəlman təşkilatı rəhbəri tərəfindən baş nazirliyə göndərilən məktubda paralel quruluş nümayəndələrinin Fətullah Gülənin sığınması üçün “ağız aradıqları”” iddia edilir.

Paralel quruluş rəhbəri Fətullah Gülənin Cənubi Afrikadan sığınma tələb etdiyi ortaya çıxıb. Baş nazirliyə Cənubi Afrikanın qeyri-hökümət müsəlman təşkilatı rəhbərindən gələn məktubda Gülənin Afrika dövlət başçısı Yakob Zumadan sığınma tələb etdiyi bildirilir. Məktubda “”Burada mənə hərəkətin Afrika lideri olaraq qələmə verilən adamla görüşdüm. Bu görüşdə baş nazirdən (Cənubi Afrika dövlət rəhbəri Yakob Zuma) bir şey tələb etdiklərini öyrəndim. Şəxsi bir görüşdə ondan ABŞ-ın Güləni ölkəsindən çıxaracağı təqdirdə buraya sığına bilib-bilməyəcəyini sorüşmüşlar”” ifadələri yer alır.

Məktubda gülənçilərin 1945-ci ildə qurulan Cənubi Afrika müsəlmanlarının ən nüfuzlu qeyri-hökümət təşkilatını ziyarət edtikləri, oradakıları inandırmaq üçün aglagəlməz iddialar irəli sürdükləri vurğulanr. Gülənçilərin Afrikada Ərdoğanın İran agenti olduğu, AKP üzvlərinin Ərdoğanı bir peygəmbər kimi gördükləri, Türkiyədə Ərdoğanın doğulduğu və böyüdüyü iki şəhərin müqəddəs qəbul edilidiyi göstərilir.

Daha sonra məktubda yazılır: “”Gülən hərəkati üzvləri ölkə daxilində səlahiyyətli adamlarla görüşürlər. Bir axşam yeməyinə mən də dəvətliydim. Onlar mexanizmləri və arqumentlərini AKP və Ərdoğan əleyhinə istifadə etməyə çalışırdılar. Ərdoğanın İrandakı Şiə hökümətinin agenti olduğunu söylədilər. Türkiyədə korrupsiya ölçülərinin çox yüksək olduğunu, yeni dəlillərin ortaya çıxdığını, özlərinin uzunmüddətli baxışa sahib olduqlarını bildirdilər. Onlar qardaşlarımızı inandıra bilmədilər. Qardaşalrımız Afrika müsəlmanlarının Ərdoğanın yanında olduğunu söylədilər””.

/Yenises.ru/


Bir cavab yazın