Filippində qasırğa 10 min insanın həyatını aldı
Filippincə “Yolanda” adlanan “Xayyan” qasırgasinin qurbanlarının sayı 10 minə çatıb. Bu haqda BBC yerli hökümətin məlumatına əsaslanaraq xəbər yayıb.
Fəlakətdən ən çox ziyan çəkən isə Leyte əyaləti və Takloban şəhərinin inzibati mərkəzi olub. Şənbə gününun axşam xəbərlərində bu şəhərdə 1200 adamın öldüyünü bildirilirdi.
Qasırğada həlak olanların sayı haqqında rəsmi açıqlamanı əyalətin qubernatoru verib. Əvvəl hökümət bir neçə min adamın öldüyünü təsdiq edirdi. Əyalətdə binaların 80 faizinin dağılması çoxsaylı ölümlərə səbəb olub. İnsanların bir hissəsi evlərin xarabalıqları altında qalıb, bir hissəsi agacdan yıxılıb, bir hissəsi isə suda batıblar.
Hökümət ölənlərin sayının hər zaman artacağından əndişə edir: Digər şəhər, yaşayış məntəqələriylə əlaqələr kəslidiyi üçün məlumat almaq mümkün deyil. Fəlakəti adada yağan aramsız yağış və qasırğalı külək gətirib. Sahil rayonlarında suyun yüksəkliyi binaların ikinci mərtəbəsinə kimi qalxıb.
Coxsaylı ölümlə nəticələnən qasırğa ilə bağlı Rusiya prezidenti Vladimir Putin filippinli həmkarı Benino Akinoya başsağlığı verib.
Əkspertlər “Xayyan” qasırğasını beşballı şkalaya görə ən yüksək kateqoriyalı tarixin ən güclü qasırğası kimi qiymətləndirirlər.
Bloomberg –in məlumatına görə qasırğa Vyetnamın 250 kilometrliyinə gəlib çatıb. Hökümət buradan artıq 500 min adamı köçürüb. Qasırğalı küləyin sürəti saatda 166 km hesablanır.
Leyla Bayramova
/Yenises.ru/