Fransa prezidenti dolayısı “Bəşər Əsədi Rusiya getməyə qoymur””- dedi”


Fransa  prezidenti  dolayısı "Bəşər Əsədi Rusiya  getməyə qoymur"- dedi
Suriyada situasiya dalana dirənib, Rusiya höküməti Bəşər Əsədi istefaya məcbur etmək istəmir, bununla da ölkədə siyasi reformanı ləngidir. Bu bəyanatla Fransa prezidenti Fransua Olland çıxış edib.

“Ruslar üçün Bəşər Əsədin siyasi səhnədən getməsi o qədər də vacib deyil”-deyə F.Olland bildirib. O öz növbəsində Suriya müxalifətini hazırkı prezidentdən başqa kiminlə olursa-olsun danışıqlara başlamağa çağırıb.

Bu ərəfədə Rusiya xarici işlər naziri Sergey Lavrov Bəşər Əsədin getməyə vadar etmək üçün Moskvanın elə bir səbəbi olmadığını təkrar dilə gətirib. S. Lavrov qeyd edib ki, bu addım RF siyasəti ilə uygunlaşmır, belə bir şey də olmayacaq.

Xatırladaq ki, Moskva və Vaşinqton 30 iyun 2012-ci ildə Cenevrə qərarına fəqrli şəkildə yanaşır. ABŞ-ın fikrincə sənəd Bəşər Əsədin hakimiyyətdən imtina etməsini təsdiq edir, Rusiya isə hesab edir ki, bu qərar yalnız suriyadaxili danışıqlar yolu ilə qəbul edilə bilər.

Bu arada F. Olland Suriya hökümətə qarşı koalisiyanın rəhbəri Moazu al-Xatıbı Ərəb dövlətləri Liqasının onun başçılıq etdiyi təşkilatı Suriya xalqını təmsil edən yeganə legitim orqan kimi tanıması münasibətilə təbrik edib.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın