FSB-nin sabiq başçısı dövlətə xəyanət suçuyla 6 il həbs cəzasına məhkum edildi


FSB-nin sabiq başçısı dövlətə xəyanət suçuyla  6 il həbs cəzasına məhkum edildiMoskva rayon məhkəməsi dövlətə xəyanət cinayət işinin əsas fiqurlarından biri olan Dmitri Dokuçevi cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə altı il azadlıqdan məhrum edib. Bu haqda “Moskva”” xəbər agentliyi məlumat verib.

Qeyd edilir ki, Dokuçev FSB İnformasiya Təhlükısizliyi Mərkəzinin sabiq əməkdaşı Sergey Mixailovun işiylə bağlı məsuliyyətə cəlb olunan şəxsdir.

O da bildirilir ki, məhkəmə qapalı şəraitdə keçirilib.

Məhkəmə Dokuçevi Rusiya CM-nin 275-ci maddəsi ilə (dövlətə xəyanət ) suçlu bilib.

Bundan əvvəl dövlətə xəyanət cinayəti üzrə daha bir nəfər 7 il azadlıqdan məhrum edilmişdi.

Dövlətə xəyanətdə ittiham edilən şəxslər ABŞ-a gzili məlumatlar verməkdə günahlandrılırlar. Onlar arasında İnformasiya Təhlükısizliyi Mərkəzinin zabiti FSB-nin polkovniki Sergey Mayorov, mayor Dmitri Dokuçev və “”Kasperski Laboratoriyası”” kompüter hadisələrinin araşdırılması şöbəsinin müdiri Ruslan Stoyanov iştirak ediblər.

YENİSES.RU


Bir cavab yazın