Görük İttifaqına görə 15 milyard dollar
Rusiya istənilən vaxt Ukraynaya verdiyi 15 milyard dolları geri tələb edər
Rusiya istənilən vaxt Milli rifah fondundan Ukraynaya ayırdığı 15 miyard dolları geri tələb edə bilər. RF-in baş nazirin müavini İqor Şuvalov bu bəyanatla çıxış edib.
“Bu kredit elə tərtib edilib ki, bizə hər zaman Ukrayna hökümətindən borcu ödəməsini ən kəskin hüququ prosedura ilə tələb etməyə imkan verir. Bu iki maliyyə nazirliyi arasında hər hansı müqavilə deyil. Bu çox kəskin prosedur qaydası ilə qeyd edilib və Rusiya Federasiyası hüquqi planda öz haqqını tamamilə təmin edib”- deyə Şuvalov “Praym”a belə söyləyib.
Baş nazirin müavini “Rossiya-24”-ə verdiyi müsahibəsində bildirib ki, Ukrayna kreditin 3 milyard dollarlıq bir hissəsini 2013-cü ilin sonunda çıxacaq Rusiya dövlət avroistiqrazlarından alacaq.
Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyaya səfəri çərçivəsində Putinlə görüşündə qonşu ölkənin iqtisadiyyatına kömək etmək üçün Rusiya höküməti Milli Rifah fondunun qiymətli kağızlarının bir hissəsini Ukrayna hökümtinə köçürməyi qərara almışdı. 15 milyard dollarlıq kredit Ukrayna avroistiqrazı alınması formasında təqdim olunur. Bu qərara Ukrayna Avropa Şuarsı assosiasiyasından imtina etdikdən sonra gəlinmşdi.
Məhəmməd
/Yenises.ru/