«Gürcü arzusu» partiyasının üzvünün üzünə kislota tokdülər


«Gürcü arzusu» partiyasının üzvünün üzünə kislota tokdülər
Gürcüstanın Qardabani rayonunda naməlum şəxslər müxalifətin seçkiqabağı qərargahı rəhbərinin müavini Bub Davalinin üzünə kislota töküb yandırıblar. Bu haqda “İnterfaks” agentliyinə regiondan olan namizəd Mamuka Areşidze məlumat verib.

Onun sözlərinə görə naməlum şəxslər Bub Davalinin Tblisidəki evinin girişində qarşını kəsərək üzünə maye toküblər. “Gürcü arzusu” partiyası tərəfdarları həmin maddənin kislota olduğunu güman edirlər. Müxalifətçi ciddi zədə ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat edilib.

“Biz hazırda onun görmə qabiliyyəti bərpa olunacağı haqqında həkimlərin rəyini gözləyirik”-deyə Areşidze söyləyib.

Müxalifətçi siyasi motivdən çıxış edərək onun qərargahda ən əhəmiyyətli füqur olduğu üçün eyni partiyadan olanlar tərəfindən hücuma məruz qaldığına əmindir.

Deputatlığa namizəd qeyd edir ki, baş verənlər haqqında polisə məlumat verilsə də, polis hadisə yerinə gəlməyib.

Zərəçəkən jurnalistlərə evə qayıdanda binanın girişində tranzit nömrəli şübhəli avtomobil gördüyünü söyləyib.

/Yenises.ru/


Bir cavab yazın