Gürcüstan Rusiyanı onun hava sərhədlərini iki dəfə pozmaqda ittiham edir
Rəsmi Tbilisinin bəyanatına görə dekabrın 9-da pilotsuz təyyarə, dekabrın 10-da isə Ni-8 vertolyotu Gürcüstanın nəzarətində olan hava sahəsini pozub.
Gürcüstan Xarici İşlər Naziriyi son iki gündə Rusiyanın uçuş aparatlarının ölkənin hava sərhədlərini posduğunu iddia edərək, bunun RF tərəfdən təxribat hesab edir.
“9 dekabr 2016-ci il tarixdə Moskva vaxti ilə təxminən 18:48-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı işğal olunmuş Sxinvali regionundan Gürcüstanın nəzarətində olan dövlət hava sərhəddini pozaraq Qori rayon kəndlərinin üzərindən üçüb. 10 dekabrda isə təxminən Moskva vaxtı ilə təxminən saat 12:28-də yenə də Sxinvali regionundan rus Mi-8 vertolyotu Qorinin Mereti kəndi yaxınlığındakı polis binasının üzərindən uçub keçib””-deyə XİN -nin bəyanatında deyilir.
Gürcüstan xarici işlər idarəsi Rusiyanı beynəxalq hüquqi öhdəliklərə və 12 avqust 2008-ci ildə razılaşdırılmış atəşkəs şərtlərinə əməl etməyə çağırıb.
Cümə axşamı Rusiya Müdafiə nazirliyinin mətbuat xidməti və informasiya idarəsinin rəisi general-mayor İqor Konaşenkov Gürcüstanın hava sərhədlərinin pozulması ilə bağlı iddianının həqiqətə uyğun olmadığınl söyləyib. O, son sutka ərzində Gürcüstan sərhədləri yaxınlığında rus hərbi vertolyotunun hər hansı bir uçuş yerinə yetirmədiyini bildirib.
Konaşnkov onu da qeyd edib ki, təsadüfi deyil ki, keçən bütün gün ərzində gürcü hərbi idarəsi konkret olaraq Gürcüstanın hava sərhədlərinin haradan pozulduğunu göstərə bilməyiblər. Gürcüstan müdafiə nazirliyinin məlumatına görə onlar rus vertolyotundan ağızdan ağıza, ya da hansısa polisin gördüyünə əsasən xəbər tutublar.
RF müdafiə nazirliyinin nümayəndəsi gürcü həmkarlarına məsləhət görüb ki, növbəti dəfə yüksək bəyanat verəndə obyektiv nəzarət və xüsusilə radiolokasiya vasitəsilə alınan məlumatlara istinad etsinlər.
/Yenises.ru/ “