Gürcüstanda “Həbsxana qalmaqalı” ilə bağlı həbslərin davam edəcəyi gözlənilir


Gürcüstanda “Həbsxana qalmaqalı” ilə bağlı  həbslərin davam edəcəyi gözlənilir
“Yedinaya Natsdvijeniye” hakim partiyasının nümayəndəsi Georgi Xaçidze Tbilisinin Qldansk həbsxanasında məhbuslarla acımasız davranılması faktı ilə əlaqədar həbslərin davam edəcəyini bildirib.

Gürcüstanda məhbuslara təcavüz edilməsi ilə bağlı qalmaqal baş vermişdi. Respublika Daxili İşlər nazirliyi həftənin ikinci günü Qldansk 8 saylı həbsxanasında məhkumlarla vəhşicəsinə davranılması haqqında məlumat yaymışdı. Istintaqın verdiyi məlumata görə həbsxananın bir qrup əməkdaşı “məhkumlarla insana xas olmayan rəftarlar edib və bunu videoya çəkiblər”. hazırda 11 nəfər saxlanılaraq həbs edilib. Onlar arasında əsasən Qldansk həbsxanasının əməkdaşları, həçinin Cəzanın yerinə yetirilməsi departamenti rəhbərinin mavini Qaqi Mkurnalidze də var.

“Bu işlə bağlı çox sayda adam ,o cümlədən yüksək rütbəli məmurlar həbs edilib”-deyə Qoqa Xaçidze “Maestro” telekompaniyasının efirinindən bəyan edib.

“Novosti-Qruziya” agentliyi xəbər verir ki, eyni zamanda həmin adamların adını çəkməkdən imtina edən Qoqa Xaçidze bunun istintaq əməliyyatına mane olacağını qeyd edib.

/Yenises.ru/


Bir cavab yazın