Gürcüstanda prezident Saakaşvilinin xəstəxanaya düşdüyü deyilir
Facebook-da Gürcüstan prezidentinin səhhətinin pisləşməsi ucbatından respublika xəstəxanasına yerləşdirildiyi xəbəri yayılıb. Prezidentin mətbuat işləri üzrə katibi Manana Mancqaldze bu informasiyanı kəskinliklə inkar edib.
“Prezident sağlam və enerjilidir, o, planlaşdırılmış görüşlər keçirir. Onun səhhətinin pisləşməsi haqqında informasiya yalandır və həqiqətə uyğun deyil”-deyə mətbuat katibi bəyan edib. Respublika xəstəxanasının direktoru Vaxtanq Kaloyan da bu informasiyanı təsdiqləməyib.
/Yenises.ru/