Həmyerlilərimiz Rusiyada rüşvət verdiyi üçün tutuldular


Həmyerlilərimiz Rusiyada rüşvət verdiyi üçün tutuldular
Rusiyanın Lipetsk vilayətində 47 yaşlı Azərbaycan vətəndaşı polisə rüşvət verdiyi zaman həbs olunub. O, Lipesk vilayətinin Narkotiklərlə Mübarizə İdarəsinin müstəntiqinə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuş iki qadin tanışının azadlığa buraxılması üçün 50 min rus rubl rüşvət təklif edib.

Müstəntiq qanunun aliliyini nəzərə alaraq qanunu pozmaqdan vaz keçib. Pulun ötürülməsi zamanı rüşvət verən həmyerlimiz və ona bu işdə köməklik edən ortağı həbs edilibər. Onlar barəsində RF CM 292-ci maddəsinin 3-cü bəndi üzrə cinayət işi açılıb. Cinayət təsdiqlənən təqdirdə həmyerlimizi 8 il azadlıqdan məhrumetmə cəzası və verilən rüşvətin otuz qatı miqdarında cərimə gözləyir.

/Yenisəs.ru/


Bir cavab yazın