Həmyerlimiz “Best-premier-open” turnirinin ən yaxşılarından oldu”


Həmyerlimiz  "Best-premier-open”  turnirinin ən yaxşılarından oldu
2012 –ci il mövsumü Moskvanın FC “Petrovskiy zamok” klubu üçün çox uğurlu olub. Bu komanda Murom şəhər rəhbərliyin təşkil etdiyi kuboku və “Qızıl payız” kubokunu qazanaraq ilk dəfə kubokları Vladimir vilayətindən kənara çıxarmağı bacarıblar. Qış fasiləsində moskovalılar Belarusiya, Ukraina və Polşa klublarının qatıldığı və Mişel Platininin qeyd etdiyi “Best-premier-open” mini-futbol turnirinin “Azarkeş rəğbəti” mükafatını qazanıblar.

Turnirin ən yaxşı oyunçuları, “Xəzər-Lənkəran” klubunun yetirməsi olan həmyerlimiz Camal Nəbizadə, Stanislav Parşukov və Andrey Çobanyan seçilib.

Xatırladaq ki, Camal Nəbizadə “SamElla” komandasının şərəfini qoruduğu zaman Moskva şəhərində keçirilən “Həzi Aslanov” mini-futbol turnirinin bombardiri olmuşdur.

Ramin
/Yenises.ru/


Bir cavab yazın