Həyat dollara xoş, yenə yüksəkdən uçur- 73 rubl
Rusiya Mərkəzi Bankı dollar və avronun rəsmi kursunu yüksəldib. Avronun qiyməti 79,69 rubla, dolların kursu isə 72,88 rubla qalxıb.
Rublun birjadakı kursu digər iki valyutaya nisbətən ucuzlaşmaqda davam edir. Nəticədə dollar ötən ilin dekabrın ortalarındakı göstəricisini aşaraq 73, avro isə 80 rublluq şkalaya çatıb.
Analitiklər xatırladırlar ki, dolların 73 rubl olması birinci dəfə deyil. Bazar iştirakçıları yanvarın əvvəlində onun dəyərinin dekabrdakından daha bədbin olacağından narahatdırlar.
“Artıq sabah sərmayəçilər yeni il tətilinə çıxırlar və yalnız yanvarın 4-də qayıdacaqlar. Bayramdan sonra- yanvarın 11-də rusiyalılar rəsmən işə çıxana kimi isə birjanın aktivliyi zəifləmiş olacaq. 2016-cı ilin ilk satışını dolların 3-4 rubl daha baha açacağı qaçılmaz deyil “”-deyə “”Alpari”” araşdırma mərkəzinin baş analitiki Anna Bodrova proqnoz verib.
/Yenises.ru/“