Higeriya kilsədə terror: 12 adam öldü


 Higeriya  kilsədə terror: 12 adam öldü
Nigeriyanın şimalında kilsədə baş verən partlayış nəticəsində 12 adam həlak olub. Kütləvi informasiya vasitlərinə bu məlumatı hadisənin şahidləri verib.

315 min əhali yaşayan Bauçi şəhərində bomba partlayıb. Hələlik bu terrorun arxasında kimin dayandığı bilinmir. Lakin kilsədə baş verən terror aktını “Boko Haram”” qruplaşmasının törətdiyi ehtimal edilir.

İslamçı hərəkatı “”Boko Haram”” adının mənasi “” Qərb( müsəlman olmayan )həyat tərzinə qadağa”” olan təşkilat 2002-ci ildən Nigeriya ərazisində fəaliyyət göstərir. Qərb mətbuatının verdiyi məlumata görə 2012-ci ildə “”Boko Haram”” təşkilatının hücumu nəticəsində müsəlmanlar da daxil olmaqla 480 adam ölmüşdü.

/Yenises.ru/


Bir cavab yazın