HOLLANDİYADAN ADİL ƏLİYEVƏ SƏRT MƏKTUB GƏLİB
Hollandiyada yaşayan Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadə məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik:
Millət vəkili Adil Əliyevə məktub
Hörmətli Adil bəy salam! Yadımdadır Siz bir neçə il öncə Hollandiyaya gəlmişdiniz. Hollandıyanın müxtəlif şəhərlərində soydaşlarımızla maraqlı görüşlər keçirdiniz. Sizin görüşlərinizin nə qədər faydalı olduğunu sonralardan hiss elədim. Gənclərlə tövsiyələriniz, milli maraqları və dövlətçiliyi qorumaq kimi maraqlı söhbətləriniz alqışlarla qarşılandı. Bu görüşlərin bir neçəsində mən də sizinlə birlikdə oldum. Məndə belə bir təəssürat yarandı ki, Siz həm səmimi, eləcə də vətənsevər bir insansınız.
Hollandiyada maraqlı və faydalı görüşlərinizi axşam xəbər olaraq, AzərTac-a yazırdım.
Bu zaman Sahil Qasımov adlı birisi(onun Hollandiyada ayaması çoxdu. Mənim onun oriyentasiyası ilə baglı ayamalara sözüm yoxdu və bu onun şəxsi işidir… bir ayaması isə Şüllerdi) zəng edib bildirdi ki, nə badə onun adını (yəni, Sahilin) sizin adınızın yanında yazım.
Soruşdum ki, niyə? Cavab verdi ki, hökumətdə onlara (yəni sizlərə) münasibət yaxşı deyil. İstədim deyəm, hökumətdən sənə nə var. Fikirləşdim ki, diaspor komitəsini yenə üstümə qaldıracam, Nəisə.. Əslində, inanın mənim onun adını Sizin adınızın yanında yazmaq fikrim də yox idi, heç buna layiq deyil. Məlumatı verdim. Onun adı olmadı. Sizinlə ilk və son görüşüm, məndə Sizə qarşı olduqca müsbət fikir oyatdı. Bu yaxınlarda isə heç nədən çəkinmədən Ramil Səfərovun toyunda yaxından istirak etməyiniz fikirlərimdə yanılmadığımı təsdiqlədi. Axi szi tez-tez xaricdə olursunuz. Ona görə düşmən hədəfinə də düşə bilərsiniz…. Ancaq bu günlərdə facebook-da dostluq haqda yazdığınız statusu oxudum. Ora dəqiqliklə qeyd edirsiniz ki: “Dost elə bir insandır ki, sizin haqqınızda hər şey bilir, bununla belə sizi sevir.
Mən sizi dözümlü və səbrli olmağa cağırıram. Səbrli olmağı bacaran gec- tez istəyinə çatacaq. Hər bir insan bilməlidir ki, son nəticədə öz günah və cinayətlərinin cəzasını çəkəcək. Bunu bilən və yadda saxlayan insan heç kəsə hirslənməyəcək, heç kəsi söyməyəcək, heç kəsi təhqir etməyəcək, heç kəsə qarşı kin saxlamayacaq və heç kəsə nifrət etməyəcək”. Sizin yazınızın sonu…
Bu fikirlərinizi oxuyandan məndə bir sual oyanır. Deyilənə görə, Sahil Qasimovla dostsunuz. Bu dostluq səmimidir, yoxsa səbr xatirinə?…
Mən şəxsi düşmənimi bağışlayıram. İnanın ki, həyatım boyu kin-küdürətdən və paxıllıqdan uzaq bir insanam.
Ancaq mənim vətənimiə və millətimə xəyanət edəni ömrüm boyu bağışlamaram. Eləcə də, mənim vətənim və millətimə xidmətləri olmuş, milli mənsibiyyətindən və dinindən aslı olmayaraq hər bir şəxsə məhəbbətim və sədaqətimi əskik etmərəm.
Xatırladım ki, Sahil Qasımov diaspor komitəsində və Prezident Aparatında hansısa yaxınlarının hesabına Hollandiyada qol -qanad açmış, yalan-palan kampaniyalar təşkil etməklə neçə-neçə dəyərli soydaşlarımızı ləkələmiş və onları bir növü Azərbaycandan narazı salmağa nail olmuşdu. Gənclər arasında nifaq, düşmənçilik, bölücülük salan Sahil Qasımov cənabları, ambisiyalarının qurbanına çevrilərək açıq-aşkar Hollandiyada səfir olmaq ugrunda mübarizə aparır və AR Prezidenti tərəfindən təyin edilmiş səfirləri diaspora arasında gözdən salmaga çalışırı. S. Qasımov iqtidar-müxalifət fərqi qoymadan, Azərbaycan diasporuna xidmət edən dəyərli ogul və qızlarımızı daima “İsa Qəmbərin adamı, Əli Kərimlinin adamı, Rəsul Quliyevin adamı” deyərək Azərbaycan hökuməti yanında gözdən salmış və həmin insanlariı Bakıya belə getməyə həsrət qoymuşdu. Bütün bu əməllərində ona Bakıdakı havadarları arxa olmuşlar.
Bundan sonar Sahil Qasımov mənə qarşı geniş böhtan kapmaniyasına başlayıb. Yəni, olmayan nalayiq böhtanları müxtəlif adlarla internet forumlarında yerləşdirmək, mənim adımdan isə müxtəlif dəyərli insanlara təhqirlər yagdırmaq və s. Bu barədə diaspor komitəsinə zəng edib onun havadarlarından xahiş etdim ki, bu böhtançı və qaragüruhçunun qarşısını alsınlar.
Lakin yenə həyasızlıq davam etməkdə oldu. Bundan sonra mən Hollandiya hüquq mühafizə orqanlarına müraciət edərək bildirdim və özüm onun yerində oturtmağa çalışdım. Yəni,Bakıda güclü arxası olan, Hollandiyada isə mavilərin geniş dəstəyinə söykənən bir böhtançını Hollandiya kimi bir ölkədə yerində oturtmağın nə qədər çətin olduğunun yəqin fərqindəsiniz…
Hörmətli Adil bəy, mən sizə Sahil Qasımovun bir neçə cinayətini xatırlatmaq istədim və yəqin bundan sonra inana bilərsiniz ki, mənim ona qarşı heç bir şəxsi düşmənçiliyim yoxdur. Yalnız o mənim vətənimə və xalqıma xəyanət edib. Misal olaraq deyim ki, Ramil Səfərov məlum səbəblərdən həbs edilərkən Hollandiyada toplantı oldu və onun müdafiəsinə qalxdıq. Bu müdafiə komitəsi mənim təşəbbüsümlə və təklifimlə yaranmışdı.
Sadəcə o zaman Sahil Qasımovun Azərbaycan hokumətində əlaqələrini nəzərə alıb, bu işi ona həvalə etdik. İlk möhtəşəm toplantıya Hollandiyada yaşayan bütün soydaşlarımızın əksəriyyəti gəldi. Qərara alındı ki,Hollandiyanın məşhur vəkillərindən biri tutulacaq və və Ramil Səfərov müdafiə olunacaq. Pul yığıldı.Hamı bacardığı maddi dəstəyi verdi. 20 yevrodan, 200 avroya kimi hərə bacardığı pulu elə həmin görüşdə topladılar.
Bütün pullar Sahil Qasımova təqdim edildi. Ancaq nə vəkil tutuldu, nə də puldan xəbər oldu. Diaspora Komitəsi tərəfindən ayrılan vəsaiti məqsədsiz, digər işlərə sərf edən S. Qasımov qürbətdə dəmir barmaqlıqlar arasında tənha, müdafizəsi həyat mücadiləsi verən mənim zabitimin adına yıgılan pulu mənimsəmşdi. Mən bu işlə bağlı dəfələrlə etiraz etsəm də, mənə təzyiqlər və böhtanlara ara verilmədi.
Başqa bir misal. Təxminən 10 il öncə Hollandiya rejissorunun Qarabağla bağlı çəkdiyi qeyri-obyektiv filmə qarşı etiraz kampaniyasına başlamışdıq. Bütün soydaşlarımız həmrəylik nümayiş etdirdi. Sahil Qasımov üzdə bizimlə, arxada isə erməni federasiyası ilə birlikdə oldu.
Onun xəyanəti isə o dərəcəyə çatmışdı ki, erməni federasiyasının rəhbəri Meto Haqverdiyani inandırmışdı ki, nə Qarabag, nə bu film heç kimi maraqlandırmır, bu yalnız bunu edən Elman Mustafazadəni maraqlandırır, cunki o garabaglıdır. Bu fakt sonradan üzə çıxmışdı və sübut etməyə tutarlı dəlillər də var. Hollandiyanin Haaqa şəhərində son filmin müzakirəsində isə zalda erməni azərbaycanlı qarşıdurması olmuş, bəlkə də hollandlar vaxtında qarışmayasdilar mənim və Hollandiya Türk Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkının taleyi bəlli olmayacqdı. Ya biz ölməli, ya həbsə düşməli idik. Zalda isə əsasən qadınlarımız və bir neçə soydaşımız var idi. Çünki gecə ilə soydaşlarımıza zəng edən S. Qasımov, Haaqada tədbirin olmayacagını söyləyib və beləliklə həmin tədbirdə ermənilər çoxluq təşkil etmişdi.
Ancaq ən qürur verən cəhət odur ki, zalda bizimlə birlikdə olan qadınlarımız aslan kimi davrandılar. Gulşən Kazımovanın sənəd və faktlara söykənən çıxışına bütün hollandlar heyran qaldı.
Interpol axtarışında olan beynelxalq terrorçu Zori Balayanın Hollandiyaya qanunsuz səfəri zamanı, onun görüşlərini izləyən ictimai fəal gəncimizi, onun alcaq satqın əməli sayəsində itirə bilərdik…
Mən bu barədə yalnız aidiyyəti orqanlara məlumat verə bilərəm. Burada bu hadisəni boş buraxıram…
Sahil Qasımov Hollandiya diasporumuz arasında nüfuzu olan, yerli ictimaiyyət tərəfindən hörmətlə qəbul edilən, yazıcı-publicist və ölkənin ədliyyə orqanlarının rəsmi tərçüməsi olan dəyərli xanım Gülşən Kazımovaya qarşı daima böhtan kampaniyası aparıb. Mən bu barədə onunla dəfələrlə ciddi söhbətlət edərək tələb edirdim ki, bu əməllərinə son versin. O isə alçaqcasına başqa kanallarla şayiə yayaraq, xanımı mənə qarşı qaldırmağa cəhd etmişdi. Yaxşı ki,Gülşən xanımın intellekt səviyyəsi yüksək olduğu üçün qara yaxanın kim olduğunu mənsiz də bilmişdi.
Onun onlarca cinayət əməllərini sadalya bilərəm. Vətənin və millətin dəyərli insanlarına qarşı təxribat aparmaq vətənə xəyanətdir.
İndi hörmətli Adil bəy, Sizin Azərbaycan diasporunda özünə hörmət qazanmış bir şəxsin, belə bir insanla dostluğu nədən doğur. Bu səmimiyyətdənmi, yoxsa səbrdən?
Mən hörmətli Adil bəy, oyüd verməkdən uzaq adamam. Yalnız xatırladım ki, bu insanla “dostluq münasibətləri” reputasiyanıza həm Azərbaycanda, həm də Hollandiyada ciddi zərər vura bilər…
Ancaq hələ mübarizəm davam edir…
Sonda mən Elman Mustafazadə 20 ilden artıq Avropada vətənimə və millətimə təmənnasız xidmət edən bir diaspor fəalı kimi, Azərbaycan hakimiyyətindən xahiş və tələb edirəm:
Bu yaxınlarda Azərbaycan höküməti tərəfindən Sahil Qasımova təqdim edilmiş “Tərəqqi” medalı geri alınsın. Bu medala təqdimat yazan məsul şəxslər cəzalandırılsın!
Vətən xaininə Bakıda havadarlıq edənlər ifşa edilsin! Bu medalı yalnız Azərbaycan Respublikasına və xalqına xidmət eden insanlar daşıya bilər. Vətənə və millətə xəyanət edənlər isə yox!!!
Hörmətlə: Elman Mustafazadə
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri