İkona alveri, teatrın kreslo dərisini oğurlamaq, 30 dollar üstündə yolu həbsxanadan keçən Sovet aktyorları
Sovetlərin tanınmış kino və teatr aktyorları- heç də hamısı doğru həyat tərzi keçirməyiblər. Onlardan bir neçəsi həyatlarını qanunsuz hərəkətləri ilə “doldurublar””. Bir dəfə səhv edib və nəticədə həbs olunan aktyorları xatırlayaq.
Saveliy Kramarov. Onun qəribə qazanc metodu olub. İnsanları aldadaraq ikonaları ucuz qiymətə alır və sonra üç dəfə bahasına satırmış. Aktyor şöhrət qazanandan sonra belə o ikonaları evində saxlayırmış. Saveliy kolleksiyasında olan qaçaqmalı satarkən yaxalanıb. Buna görə iki gün barmaqlıqlar arasına salınıb.
Qriqoriy Yumatov. 1994-cü ilin yazında Yumatov ov tüfəngi ilə qapıçını vurub. Onun vəkili öz növbəsində israr edib ki, birinci qapıcı Yumatova hücum edib və o da özünü müdafiə etmək məcburiyyətində qalıb. Nəticədə iki aydan sonra Yumatovu “”Motrosskaya tişina”” həbsxanasından azad ediblər. Və 1995-ci ildə cinayət işinə tamamilə xitam verilib.
Arçil Qomiaşvili. Arçil əsl dələduz olub. Xuliqanlıq və oğurluqq üstündə tez-tez türməyə düşüb. Hətta müqəddəs yer olan teatrdan belə oğurluq edib. 1943-cü ildə çalışdırğı Qriboyedov adına Tbilisi teatrının kreslosunun dərisini çəkməçiyə satıb.
Sergey Şevkunenko. İstedadlı ve perspektivli aktyor Şergey Şevkunenko sənətini kriminal cinayətkarlığa dəyişib. “”Kortik”” və “”Bürünc quş”” filmində oynayan Sergey elə o zamanlar türməyə düşməyə də macal tapıb. Bir-iki ildən sonra Sergey öz bandit dəstəsini yaradaraq basqın və oğurluqla məşğul olmağa keçib.
Vlladimir Dolinskiy. 70-ci ilin əvvələrində Dolinskiy Satira teatrı ilə birgə İsveçə qastrola getməli imiş. Gediş üçün 30 dollar dəyişib. Qastrol təxirə salınıb. Dolinskiy də o pulu “”yeyib””. Bu səhvinə görə ona 4 il həbs cəzası veriblər. Bir ilini də “”Lefortovo”” zindanında keçirib.
Nikolay Qodovikov. “”””Səhranın bəyaz günəşi””nin Petruxası -Nikolay uşaqlıqdan başqasının olanı öz cibinə qoymağa alışıb. Hətta çəkiliş vaxtı gənc aktyor qrup üzvlərinin şəxsi əşyalarını çırpışdırıb. 80-ci illərdə ona rol verməkdən imtina ediblər. O da üz tutub kriminal aləmə. Varlıların evini soyub, soygunçuluq edib və bir neçə dəfə də işsizlik üstündə türməyə düşüb.
/Yenises.ru/
“