İlqar Hacıyev: “Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını nə yanımızda, nə də qarşımızda görürəm”


İlqar Hacıyev:  “Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını  nə yanımızda, nə də qarşımızda görürəm”
Oliqarxların bir təşkilatda birləşərək yeni bir qurumda təmsil olunması ətrafınfa müxtəlif fikirlər səslənməkdədir. Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları arasında kordinator rolu oynayacağını bəyan edən “Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqınına Ümumrusiya Azərbaycanlıları Konqresi yetkililəri necə yanaşırlar? Yeni yaranan təşklatı özlərinə alternativ görürlərmi?

Bu sullala ÜAK Moskva regional bölməsinin sədri İlqar Hacıyevə müraciət etdik.
Yenises.ru-saytına açıqlama verən diaspora yetkilisi əslində yeni yaranan təşkilatda təmsil olunan insanların bəzilərinin Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse- prezidenti , Ali Şurasının üzvü olduqlarına diqqət çəkərək, “Biz konqresin tərkibində “Ağsaqqallar Şurası” yaratmağı düşünürdük-dedi. Ona görə də bizdən ayrılaraq yeni bir qurumun yaradılması şəxsən mənim üçün gözlənilməz bir addım oldu-deyən İlqar Hacıyev Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Konqresə paralel və ya ona qarşı olacağına ehtimal vermədiyini də vurğuladı.

“Araz Ağalarov, Telman İsmayılıov, İsgəndər Xəlilov, Vahid Ələkbərov kimi adıçəkilən oliqarxlarımız Ümumrusiya Azərbaycanlıalrı Konqersinin fundamentini qoyan insanlardır, onların bizim təşkilatda əməyi və zəhməti böyükdür. Doğrusu, onların ayrılıb yeni bir təşkilatda birləşməsi mənə ağır gəlir”-deyə İlqar Hacıyev yeni yaranan təşkilatı birmənalı qarşılamadığına da eyham etdi.

“ÜAK-ın Ali Şurasında təmsil olunan bu insanlar fəaliyyətimizdəki hansısa bir şeydən narazı idilərsə, məncə bunu şuranın iclasında açıq söyləyə bilərdilər və ya yenidən bir iclas çağırmaq olardı”- deyən İlqar Hacıyev insanların ambisiyaları varsa və bunu həyata keçimək istəyirlərsə, buna qətiyyən pis baxmadığını da dilə gətirdi.
Bu insanların yeni təşkilat yaratması ÜAK-dən maaliyyə dəstəyini geri çəkmək istəyində olduqları anlamına gəlmirmi?-sualının cavabında İlqar Hacıyev bunu qətiyyən qəbul etmədiyini bidlridi. “Yaradılan təşkilatın ÜAK-a alterativ olmadığından, belə bir şey də gözləmirik”-dedi diaspora yetkilisi.

On illik bir tarixi olan ÜAK-nin Rusiya və Azərbaycan arasında körpü rolunu oynadığını, nəhəng bir təşkilat olaraq bir çox uğurlara imza atdığını xüsusi qeyd edən İlqar Hacıyev oliqarxların başqa bir təşkilat ətrafında birləşməkdənsə, hər kəsi bu təşkilat ətrafımızda birləşməyə cəlb etməklə, qüvvlərini təşkilatımız daxilində həmin ideyaların həyata keçirilməsinə sərf etmələri daha məqsədəmüvafiq olardı- deyə söylədi.

“Yeni yaranan təşkilatı alternativ görmürsüzsə bu onun “”ölü təşkilat”” olacağındanmı xəbər verir”-fikrinə isə, ““ölü təşkilat” deyil, fərqli maraq dairəsi olan insanların onlar üçün rahat bir ortamda birləşdiyi Azərbaycan icması kimi xarakterizə edərdim”-dedi.

“Rusiyada bir çox güclü təşkilatlar varkən, yeni bir təşkilata ehtiyac olmadan olanlarımızla da qarşıya qoyulan məqsədə çatmaq üçün yardımçı olmaq daha yaxşı olardı. Bu gün inamsızlıq, etibarsizliq diaspora tariximizə ləkədir. Əks qütbdə dayanmaq , qruplaşmaq, ayrılmaq bizi güclndirməz, əksinə gücdən salar”. Bunları da İlqar Hacıyev söylədi və diasporun yaradılmasında xüsusi yeri olanlar tərəfindən yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Azərbaycan maraqlarına, azərbaycançılığa xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın