İndoneziya “Xocalı soyqırımı”nı taniya bilər
İndoneziya yaxın günlərdə azəribaycanlıların kütləvi qırğını olan Xocalı soyqırımını qanuni şəkildə tanıya bilər. Bu barədə İndoneziyanın «The Jakarta Post» qəzetinə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev məlumat verib. Səfir müsahibəsində qeyd edib ki, İndoneziya parlamenti yaxın günlərdə iclasların birində Xocalı soyıərımını müzakirə edəcək. Azərbaycan və İndoneziya dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin olması, tərəflər arasında ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr və siyasi danışıqların mövcudluğu vurğulanıb.
Bundan əlavə, son dörd ildə tərəflər arasında ikitərəfli ticarət əlaqələri 15 dəfə artıb (1,76 milyard dollara qarşı 101,1 milyon dollar). Enerji sahəsindəki əlaqələr iqtisadiyyatın əsasını təşkil edir. Bundan əlavə bəzi Azərbaycan şirkətləri İndoneziya iqtisadiyyatına investisiyalar qoya bilər.
/Yenises.ru/