İran prezidenti Trampın qərarına qarşı: İndi divar tikmək vaxtı deyil


İran prezidenti Trampın qərarına qarşı: İndi divar tikmək vaxtı deyil
İran prezidenti Hasan Ruhani ABŞ prezidenti Donald Trampın miqrantlar və sərhəddə divar çəkilməsi ilə bağlı sərəncamlarını şərh edərkən “indi divar tikmək vaxtı””-deyil deyib.

İran lideri -“”Bu gün millətlər arasında divar hörməyin vaxtı deyil. Onlar neçə illər əvvəl Berlin divarlarının necə uçduğunu görmədilərmi?””-deyib.

Tasnim agetliyinin məlumatına görə Ruhani onu da qeyd edib ki, əgər millətlər arasında divar varsa, onu uçurtmaq lazımdır.

İran prezidentin sözlərinə görə hazırkı vaxtda biz mədəni, elmi planda qonşu olmuşuq, texnologiya bizə dövlətlər arasındakı çox böyük məsafələri aşmağa imkan verir.

“”Bu gün kimsə qloballaşmanın qarşısında durmaq gücündə deyil””-deyə o, qeyd edib.

Bundan əvvəl Tramp Meksika ilə ölkəsi arasında divar tikilməsi haqqında sərəncam vermişdi. ABŞ liderinin sözlərinə görə divarın xərclərini Meksikadan gətirilən mallara vergi qoymaqla bağlamaq olar.

Yenises.ru


Bir cavab yazın