iran səfrinin qıaı Moskvada ölü tapıldı
İran səfirinin qızı infarktdanmı öldü, yoxsa özünümü öldürdü? Rusiya KİV-i ziddiyətli xəbər yayıb. İran diplomatik korpusundan verilən məlumatda səfirin qızının infarktdan öldüyünü bildirir. Media qurumlarına məlumat ötürən mənbələr isə psixoliji problemi olan səfir qızının canına qəsd etdiyini deyirlər.
Bu gün səhər -oktaybrın 22-də Rusiya KİV-i İranın Moskvadakı səfirinin qızının intihar etməsi xəbərini yaydı. İran diplomatik korpusundan verilən məlumatda isə onun infarktdan öldüyü xəbər verildi.
İranın Moslvadakı səfiri Mehdi Sanainin qızı infarkt keçirdikdən sonra vəfat edib. Bu haqda RBK-ya səfirlikdən məlumat verilib.
Diplomatik korpusdan intihar haqda xəbəri təxribat adlandırıblar. “Belə bir şey olmayıb. Səfirlik bunu təkzib edir. O dünən infarkt keçirib. Təəssüf ki, bunun nəticəsində ölüb “”-deyə səfirlik hadisəyə dəqiqlik gətirib.
Bundan əvvəl Baza İran səfirinin qızı Arefeh Sanainin şəhərin mərkəzində özünə sui-qəsd etdiyini xəbər vermişdi. Bu hərəkətin səbəbi məlum deyil. Öz ölkəsində o, psixoloq müşahidəsi altında oldüğü haqda nəşrin məlumatında deyilir. Mərhum iki ölkədə yaşayırmış. Son dəfə Rusiyaya 4 ay əvvəl gəlib.
“”İnterfaks”” agentliyinə məlumat verən mənbə də oktyabrın 22-də səhər İran səfirinin qızının intihar etdiyini deyib.
Mehdi Sanai 2013-cü ildən İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.
YENİSES.RU “