İran televiziyalarına toyuqlu yeməklər göstərmək qadağan edildi.


İran televiziyalarına  toyuqlu  yeməklər göstərmək  qadağan edildi.
Ölkədə toyuq ətinin qiyməti qalxınca, televiziyalara toyuqdan hazırlanan yeməklərin göstərilməsinə qadağa qoyulub. Bu haqda İranın polis komandanı İsmayıl Əhməd Mokaddam məlumat verib.

“Filmdə yemək zamanı toyuq yeyildiyi göstərilir, ola bilsin buna baxan kiminsə onu almaq imkanı yoxdur”-deyə o bunun səbəbini belə aydınlaşdırıb.

İran polis komandanı belə hesab edir ki, ökədə toyuq ətinin baha olduğu və bir çoxlarının onu alıb yeməyə imkanı olmaması baxımından bu tipli səhnələr ölkədə sosial gərginlik yaradır.

“Filmlər indi cəmiyyətin güzgüsüdür və kimlərsə sinfi təbəqələşməni görüb, varlıların mülkünü əlindən almaq üçün silahlana bilərlər ”-hesab edir Makkadam.

BMT tərəfindən bir sıra ölkələrin İrana sanksiya tətbiq etməsi ölkədə istisadi vəziyyətin pisləşməsinə, böhranın sürətinin armasına gətirib çıxarıb. Xarici toyuqların idxalının qəfil dayandırılması toyuq ətinin qiymətinin 3 dəfə artmasıyla səbəb olub. Hazırda toyuq ətinin 1 kilosu 70 min rial (170 rubl) təşkil edir.

Satiriklər bu durumu lağa qotymaqdan çəkindirməyib. Yerli qəzetlərin birində verilmiş karikaturada hər qanadına da 100 min rial (245 rubl) bağlanmış toyuq şəkli gğstərilir.

Ötən həftə İslam inqilabı korpusunun rəhbərlərindən biri Yadulla Cavani İranda inflayasiyanın həddinin yaxın aylarda 50-70 faizə çatacağı xəbərdarlığı edib və prezident Mahmud Əhmədnicatın təcili anti-inflyasiya tədbirləri görməyə çağırıb.

/Yenises.ru/


Bir cavab yazın